Şrift:
Dini baxımdan ya hansısa ərəb, ya fars, ya da qalstuklu mollalar (nurçu-fətullahçılar) boşluğu doldurub
10.03.2012 [13:58] - Mədəniyyət
Seymur Həsənli: "Mənəvi dəyərlərin tərkib hissəsi olan dini dəyərlər rəsmi səviyyədə milli kadrların yetişdirilməsi ilə təbliğ olunmalıdır."

Hüquqi dövlətdə əxlaqi-mənəvi mədəniyyət deyəndə nəyi başa düşürük? Azərbaycanda əxlaqi-mənəvi mədəniyyətin vətəndaş cəmiyyətinə təsiri nə qədərdir?

Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənli hesab edir ki, hər bir millətin özünəxas əxlaqi dəyərləri mövcuddur: «Bu kimi dəyərlər digər millətin dəyərləri ilə oxşarlıq da təşkil edə bilər, ona zidd də ola bilər. Cənub-Şərqi Asiya və ya Avropa ölkəsinin elə dəyərləri mövcuddur ki, onlar Azərbaycanda əxlaqsızlıq kimi qəbul olunur. Buna görə də istənilən inteqrasiya proseseində əxlaqi-mənəvi dəyərlərin qorunması əsas şərtdir. Həmin dəyərlərin qorunması həm də onun düzgün təbliğindən keçir. Azərbaycanda isə bu təbliğat zəif həyata keçirilir. Bunun nəticəsidir ki, sosial durumu zəif olan gənclər müxtəlif əcnəbi dəyərlərin təsirinə məruz qalır. Mənəvi dəyərlərin tərkib hissəsi olan dini dəyərlər rəsmi səviyyədə milli kadrların yetişdirilməsi ilə təbliğ olunmalıdır. Bu günə kimi həyata keçirilmədiyinə görə, dini baxımdan ya hansısa ərəb, ya fars, ya da qalstuklu mollalar (nurçu-fətullahçılar) dini boşluğu doldurub. Ən böyük təbliğat vasitəsi olan televiziyalarımız maqazin və əhalinin psixoloji durumuna təsir edən xüsusu təqdimatlı kriminal xəbərlərə daha çox yer ayırır. Biz həmişə nəticəyə baxıb onu tənqid edirik. Amma nəticəni törədən səbəblər aradan qaldırılmalıdır. Bunun üçün milli-mənəvi dəyələrin təbliği dövlət səviyyəsində, proqramlaşdırılmış şəkildə həyata keçirilməlidir».

Oktay Hacımusalı/"Xalq Cəbhəsi" qəzeti
Bu xəbər oxucular tərəfindən 1553 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed