Şrift:
Ermənistanda qeydə alınan qanun pozuntularının sayı ötən illə müqayisədə 11 faiz artıb
05.11.2016 [12:23] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanda cari ilin yanvar-sentyabr aylarında qeydə alınan qanun pozuntuları ötən iki illə müqayisədə 11 faiz artaraq, 14 min 200 hadisə təşkil edib.
Bu barədə “news.am” Ermənistan rəsmi mənbələrinə istinadən məlumat yayıb.
İnformasiyaya əsasən, ən çox qanun pozuntusu mülkiyyət sahəsində qeydə alınıb. Xəbərə görə, hesabat dövründə bu istiqamət pozuntular 27 faiz artıb. İnformasiyada bildirilib ki, cari ilin yanvar-sentyabr aylarında qeydə alınan qanun pozuntularının ümumi sayının 40 faizi, yaxud 5 min 600 hadisə bu sahənin payına düşür.
Məlumata görə, dövlət və ictimai əmlakın talan edilməsi ilə bağlı ciddi qanun pozuntularının baş verdiyi də qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 969 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed