Şrift:
Oktyabrın sonunda həmsədrlər regiona növbəti səfər edəcəklər
10.10.2011 [17:03] - Gündəm
Həmsədrlər ATƏT Parlament Assambleyasının Xorvatiyada keçirilən sessiyasında münaqişənin həlli ilə bağlı əsas prinsipləri açıqlayarkən yeni bir söz deməyiblər. Bu barədə jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, onlar müzakirə etdikləri əsas prinsipləri davam etdiriblər, açıqlayıblar. Onun sözlərinə görə, Azərbaycan da həmin prinsiplər üzərində işi davam etdirəcək.


Açıqlanan prinsiplərin ardıcıllığı, məcburi köçkünlərin öz torpaqlarına geri dönməsi məsələsinin 5-ci yerdə göstərilməsi barədə verilən sualı cavablandıran nazir qeyd edib ki, münaqişə başa çatandan sonra qaçqın və məcburi köçkünlər öz yerlərinə qayıdacaqlar: “Burada Dağlıq Qarabağdan söhbət gedir, ətraf rayonlardan yox. Dağlıq Qarabağın statusunun müəyyənləşdirmək üçün əvvəlcə azərbaycanlılar ora qayıtmalıdırlar”.


E.Məmmədyarov vurğulayıb ki, bu ayın sonu həmsədrlər regiona növbəti səfər edəcəklər. Onun sözlərinə görə, regionda Qarabağ probleminin sülh yolu həlli ilə bağlı danışıqların davam etdirilməsi razılaşdırılıb: “Danışıqlar prosesində bəzi məqamlarda irəliləyişə nail olunub və bunu itirməməliyik. Amma bəzi prinsiplər əsasında danışıqlarda çətinliklər var. Hələ bunlarla bağlı kompromisə gəlinməyib. Tərəflərin kompromisə gəlməsi üçün yeni formul tapıb onun üzərində işləməliyik. Ona görə də həmsədrlər oktyabrın sonunda regiona səfər edəcəklər”.
Bu xəbər oxucular tərəfindən 1122 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed