10.03.2012 [16:34] - Güney Azərbaycan-Təbriz
Ruzbeh Səadəti Üçün Nigərançılıqlar Artır
Artıq ona evləriylə telfonla danışmağada icaze verilmir.
Təbriz Bilimyurdunun öyrəncisi Azərbaycan milli hərəkətinin fəali, 40 gün önce Əfşin şəhbazi, İbrahim Rəşidi Savalanla birgə Təbriz ittillat idarəsində saxlanılırdı,3 həftəyə də yaxındır bu milli fəal evləriylə heç bir temas quramayıbdır.
Bu muddət zaman içində də onun ayləsi oğullarıyla huzuru mulagat edəbilməyiblər,bu xəbərsizliq səbəb olubdur ki Ruzbeh səadətinin aylesi,onun selametçiliyile əlagəli nigəran olsunlar.
Ruzbeh səadətinin ayləsinin verdiyi məlumata görə onun mədə xəstəliyi vardır ve sürəkli olaraq doktorun kontorolündə olmalıdır,əğər bu xəstəliyinə göra ona dava dərman yetişməzsə salıq durumu çox təhlükəli olacaqdır.
Ruzbeh səadeti Təbriz Bilimyurdunun igtisad öyrəncisi 1390-ilin Bəhmən ayının 4 ,öz ata evində Miyana şəhərinin ittilat memurlari tərəfindən yaxalanmiş və neçə gün sonra Təbriz ittilat idaresinə göndərilmişdi,Soydaşımızın yaxalanmasına səbəb olan ittihamlar haqqında indiye qədər heç bir bilgi əldə yoxdur.
Şimon Peres: “Amerika ilə İsrail İran məsələsində razılığa gəlib”
ABŞ və İsrail rəhbərliyi İrana dair hərəkət planı məsələsində razılığa gəlib.Bunu İsrail prezidenti Şimon Peres bildirib.O, ictimaiyyət qarşısında hərbi müdaxilənin müzakirə edilməsinə gərək qalmadığını, iqtisadi sanksiyaların (təhrimlərin) ilk addım olduğunu, lakin yeganə variant (seçənək) olmadığını da deyib.
“İrana qarşı sanksiyaları sərtləşdirmək lazımdır”
Diplomatik səylər nəticə verməsə, İranın nüvə obyektlərinə (təsisat) hərbi müdaxilə ediləcək.İrana qarşı daha sərt sanksiyalar (təhrim) tətbiq etmək lazımdır. ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton Cənubi Koreyanın xarici işlər naziri ilə görüşdən sonra belə bir bəyanatla çıxış edib: "Biz Konqresin dünya ictimaiyyətinin İran rejiminin neft satışından əldə etdiyi pulların qarşısını almaq barədə fikirlərini paylaşırıq. Bu kontekstdə biz Cənubi Koreya ilə İran neftinə alternativ axtarışı məsələsində sıx əməkdaşlıq edirik".İTV-yə istinadən yayılan məlumata görə, Hillari Klinton onu da qeyd edib ki, ABŞ İranın beynəlxalq ictimaiyyətin həyata keçirdiyi tədbirlərin bütün ağırlığını hiss etməyini istəyir. «Biz həmçinin birmənalı olaraq iranlılara göstərmək istəyirik ki, bütün dünya onların nüvə silahı əldə etmək səylərinə qarşı birləşib»-Klinton əlavə edib. Qeyd edək ki, ABŞ və digər qərb ölkələri İranı dinc nüvə proqramı altında nüvə silahı hazırlamaqda ittiham edir.
İranlı ekspert: “İki supergücün maraqları Ermənistanda toqquşur”
«ABŞ və Rusiya Ermənistanı qeyri-sabit vəziyyətdə saxlamaq məqsədilə bir-birilə rəqabət aparır».
Belə açıqlama ilə İranın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Mirqasim Momeni çıxış edib.
O bildirib ki, Kreml Ermənistanı regiondakı hərbi bazası hesab edir, Vaşinqton isə İrəvanda qərbyönümlü hökumət qurmaq niyyətindədir. Bu baxımdan 2 supergücün maraqları Ermənistanda toqquşur. Bu isə birbaşa regionun ən mübahisəli məsələsi olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə təsir edir. İranlı ekspert (karşünas) hesab edir ki, sülh danışıqlarında həmsədrlərin vasitəçiliyinə ehtiyac yoxdur. «Azərbaycan və Ermənistan prezidenti arasında birbaşa danışıqlar baş tutsa, bu, daha səmərəli ola bilər. Nəinki ABŞ və ya Arvopanın vasitəçiliyilə. Həmsədr ölkələr regionda yalnız öz maraqları uğrunda mübarizə aparır. Onları Dağlıq Qarabağ münaqişəsinin həlli az maraqlandırır», -iranlı ekspert belə deyib.
ABŞ-ın İran hakimiyyətinə qarşı basqıları davam etməkdədir
BBC-yə istinadən yayılan məlumata görə, Amerikanın Maliyyə Nazirliyi İslam İnqilab Keşikçiləri Qvardiyasının generalı Qulamrza Bağbaniyə sanksiya tətbiq edib. O, Əfqanıstandan İran ərazisinə narkotik (müxəddir maddələri) maddələrin qanunsuz keçirilməsinə himayədarlıqda suçlu bilinir. Maliyyə Nazirliyi bildirib ki, onun ABŞ banklarındakı bütün hesabları dondurulacaq, habelə Amerika şirkətləri ilə ticarət əlaqəsi qurmaq yasaqlanacaq.
Amerika İranı yeni silahla vuracaq
«Əgər ABŞ (Amerika Birləşmiş Ştatları) İrana zərbə endirməli olsa, bu, İsrailin planlaşdırdığı zərbədən qat – qat güclü və dağıdıcı olacaq» - belə bir bəyanatla ABŞ – ın müdafiə naziri Leon Panetta çıxış edib.Müdafiə nazirinin bəyanatı, hərbi hava qüvvələrinin komandanı (fərmandehi) - Herbert Karlaylın, İranın nüvə obyektlərini (təsisat) məhv etmək üçün ABŞ – ın əlində «Super silah» olması ilə bağlı açıqlaması ilə üst – üstə düşüb. Çəkisi 13,5 ton olan yeni bomba, 65 metr qalınlıqda olan betonu dağıtmağa qadirdir. Bu silah ABŞ silahlı qüvvələrinin balansına ötən il daxil oloub.Bu arada İsrailin İranla bağlı mövqeyində dəyişiklik hiss olunur. Ötən gün Vaşinqtondan qayıdan baş nazir Benyamin Netanyahu jurnalistlərə açıqlamasında bildirib ki, Təl-Əviv, İrana qarşı müharibəyə başlamağa tələsmir və bu ölkəyə qarşı sanksiyaların (təhrim) nəticəsini gözləmək, ona daha bir şans vermək niyyətindədir. Lakin o, münaqişənin hərbi yolla həlli variantından (seçənək) hələ tam əl çəkmədiklərini də diqqətə çatdırıb. «Biz İrana nüvə silahı əldə etməyə imkan verməməliyik» - deyə o, vurğulayıb. Bu arada İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri Əli Əsgər Soltani BMT – nin (Birləşmiş Millətlər Təşkilatı), İsrailin İranı müharibə ilə hədələməsinə biganə qalmasına görə, təəsüfləndiyini bildirir. Qeyd edək ki, həm Birləşmiş Ştatlar, həm də İsrail, İranın nüvə proqramı ilə bağlı problemin siyasi yolla həllinə üstünlük verdiklərini dəfələrlə bəyan etsələr də, adıçəkilən ölkəyə zərbə endiriləcəyini də istisna etmirlər.
İranda insan haqları pozulur
BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Əhməd Şəhid yeni hesabatını açıqlayıb
BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Əhməd Şəhid bu ölkədəki insan huquqlarının vəziyyəti barədə yeni hesabat yayıb. O, BMT-yə təqdim etdiyi 36 səhifəlik sənəddə İranda 2009-cu il mübahisəli prezident seçkilərindən bəri bu ölkədə hüquq müdafiəçilərinə, qadın fəallara, jurnalistlərə, tələbələrə, ziyalılara, dinc müxaliflərə qarşı repressiyaların, təzyiqlərin gündən-günə artdığını, milli və dini azlıqların təqib olunmasının davam etdirildiyini bildirib: «İran insanların əsas hüquq və azadlıqlarını pozur. Bu da beynəlxalq hüquqa ziddir. Belə ki, siyasi məhbuslar uzun müddət təkadamlıq kameralarda saxlanılır, onlara elektrik şoku verilir və digər işgəncə üsulları tətbiq olunur, həmçinin məhbuslar təcavüzlə təhdid edilir, onlardan yalançı etiraflar almaq üçün ailələrinə, qohumlarına və dostlarına təzyiqlər göstərilir. Bununla bağlı əlimdə kifayət qədər faktlar var. Hətta şahidlərin dilindən audio və videomateriallar da mövcuddur». Hesabatın sonunda BMT-nin insan haqları üzrə məruzəçisi İran hökumətindən bütün siyasi məhbusları dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa, həmçinin ölkədə tənqidə və fərqli düşüncəyə dözümlülük göstərməyə və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə çağırıb.
ABŞ-ın Maliyyə Nazirliyi «Sepah»ın Qüds qanadının generalı Qulamrza Bağbaniyə sanksiya tətbiq edib
Bu ölkənin Maliyyə Nazirliyinin yaydığı bəyanatda iranlı general narkotik maddələr və silah qaçaqmalçılığında ittiham edilib: «Qulamrza Bağbani İran-Əfqanıstan sərhədinin tranzit kimi istifadə olunmasına şərait yaradıb. Yəni «Taliban» hərəkatına narkotik maddələrin və kimyəvi silahların daşınması üçün kömək edib. Eyni zamanda İranda istehsal olunmuş silahların onlara satışına şərait yaradıb. Ona görə də iranlı generalın ABŞ-dakı bank hesabları, bütün mal varlığı dondurulur və şirkətlərimizin bu şəxslə ticarət etməsinə qadağa qoyulur».
Bundan əlavə, ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Belə ki, ABŞ Konqresi İranla müqaviləsi olan beynəlxalq sığorta şirkətlərinə sanksiya tətbiqini nəzərdə tutan yeni qanun layihəsini müzakirəyə çıxarır. Yeni sanksiyalar əsasən Rusiya, Asiya və Okeaniyada fəaliyyət göstərən sığorta şirkətlərinə şamil ediləcək. Eyni zamanda amerikalı senatorlar xaricdə nümayəndəlikləri olan İran bankları və maliyyə şirkətlərinə qarşı da sanksiyaları sərtləşdirməyi planlaşdırır.

Bu xəbər oxucular tərəfindən 2008 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |