Şrift:
Pakistanda neft tankerində baş verən partlayışlar 26 nəfərin həyatına son qoyub
07.11.2016 [10:07] - Gündəm, Hadisə
Pakistanın Qadani şəhərində gəmi zavodundakı neft tankerində partlayış baş verib, ölənlərin sayı 26-ya çatıb, 60-a yaxın işçi yaralanıb.

Bundan əvvəl gəmidə 18 nəfərin həlak olduğu bildirilmişdi.

Hadisə ilə əlaqədar polisin yaydığı məlumatda deyilir ki, tankerdə bir-birinin ardınca səkkiz partlayış olub.

Qəza zamanı gəmidə təxminən 100 işçi olub, 30-dan çox adam itkin düşmüş sayılır. Onların arasında gəminin sahibi Abdul Qafur da var.

Hadisə ilə bağlı istintaq aparılır, polis bir neçə nəfəri saxlayıb.
Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed