Şrift:
Bank nəzarəti sahəsində aparılan islahatlar üzrə tədbirlər planı müzakirə edilib
07.11.2016 [11:17] - Gündəm, İqtisadiyyat
Bank nəzarəti sahəsində aparılan islahatlar üzrə tədbirlər planı müzakirə olunub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən bildirilib ki, müzakirələr MBNP-nin sədri Rüfət Aslanlının maliyyə sabitliyinin təmin olunması istiqamətində Dünya Bankının hazırladığı tövsiyələrə dair maliyyə sektoru üzrə baş mütəxəssis Anjela Priqojinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə aparılıb.

Əmanətlərin sığortalanması, qeyri-işlək kreditlər probleminin həllinə dair keçirilmiş görüşdə bank nəzarəti sahəsində aparılan islahatlar üzrə tədbirlər planı müzakirə edilib.

Həmçinin maliyyə sabitliyi üzrə hüquqi, tənzimləyici və nəzarətlə bağlı islahatlar gündəliyi üzrə fəaliyyət planının və maliyyə sabitliyinin təmin olunması istiqamətində qarşıda duran məqsədlərin yerinə yetirilməsinə dair fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 533 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed