07.11.2016 [16:25] - Gündəm, Sosial
"Bakıdan 2011-ci ildən ayrıldım və bu il təzədən Azərbaycana qovuşdum. Amma bu dəfə səfir vəzifəsinə gəldim. Bu illər ərzində Azərbaycan bir çox sahələrdə inkişaf edib. Bu sahədən biri də mətbuatdır".
Bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bir sıra aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdə deyib.
Onun sözlərinə görə, bu illər ərzində Azərbaycanın onlayn mediası çox inkişaf edib, televiziyası 60, radiosu isə özünün 90-cı ildönümünü qeyd edir.
Səfir ikitərəfli əlaqələrə də toxunaraq, fəaliyyəti müddətində "bir millət, iki dövlət" prinsipinə sadiq qalacağını söyləyib.
E.Özoral həmçinin iyulun 15-də Türkiyədə baş vermiş uğursuz dövlət çevrilişi cəhdindən də danışıb: "Azərbaycan-Tükiyə əlaqələri bu hadisələrdən sonra nümunəvi hal alıb. Təbii ki, bizim qardaşlıq əlaqələrimiz əbədidir. Azərbaycan xalqının, rəhbərliyinin verdiyi dəstək heç vaxt unudulmayacaq".

Bu xəbər oxucular tərəfindən 591 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |