Şrift:
Lazerin köməyilə məlumatların ötürülməsində rekord sürət qeydə alınıb
08.11.2016 [10:12] - Gündəm, İqtisadiyyat
Almaniyanın Aviasiya və Kosmonavtika Mərkəzi boş ərazidə lazerin köməyilə məlumatların ötürülməsində rekord sürət qeydə alınması barədə məlumat verib.

3dnews.ru saytı xəbər verir ki, sınaqlar zamanı xüsusi hazırlanmış avadanlığın tətbiqi ilə təxminən 10,5 kilometr məsafəyə informasiyanın ötürülməsinə müvəffəq olunub. Bu halda əlaqə kanalının ötürücülük qabiliyyəti 1,72 Tbit/s-ə çatıb.

Alman tədqiqatçılarının bu nailiyyəti ucqar regionların yüksək sürətli internetlə təmini üçün yeni perspektivlər açır. Güman edilir ki, lazer sistemi geostasionar peyklərlə əlaqənin qurulmasında istifadə oluna bilər.

Qeyd edək ki, bu texnologiyanın təcrübədə tətbiqindən əvvəl lazer şüaları yerin atmosferindən keçərkən əlaqə kanalının sabitliyinin təminatı istiqamətində işlər aparılmalıdır.
Bu xəbər oxucular tərəfindən 504 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed