Şrift:
Gürcüstanın sabiq Prezidentinin həyat yoldaşı deputat mandatından imtina edib
08.11.2016 [10:15] - Gündəm, Borçalı
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin həyat yoldaşı, “Vahid Milli Hərəkat” partiyasından deputat seçilmiş Sandra Rulofs noyabrın 7-də deputat mandatından rəsmən imtina edib. Xanım siyasətçi bununla bağlı Gürcüstan Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

MSK-dan verilən məlumata görə, Sandra Rulofs proporsional siyahı üzrə deputat seçilmişdi. O, “Vahid Milli Hərəkat” partiyasının proporsional siyahısında ikinci olub.

MSK S.Rulofsu deputat mandatından məhrum edə bilməz. Bu barədə qərar parlamentdə qəbul edilməlidir. MSK S.Rulofsun yerinə mandat əldə edə biləcək şəxsi – partiya siyahısında 28-ci olan Georgi Qviniaşvilini parlamentə təklif edəcək.

“Vahid Milli Hərəkat” partiyası parlament seçkilərində proporsional siyahı üzrə 27 deputat mandatı qazanmışdı.
Bu xəbər oxucular tərəfindən 942 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed