08.11.2016 [12:31] - Xəbərlər, Türkün şanlı tarixi
Mamay xan rus tarixinə İvan Qroznını verdi. İvan Qroznı Şərq hökmdarları sayağı öz övladlarını qətl etməklə səltənətini də puç etdi. Rus tarixində daim damarında türk qanı axan bu sülaləyə bununla son qoyuldu. Hakimiyyət başqa sülalənin, əslən Skandinav törəməsi olan Romanovların əlinə keçdi.
Prof.dr. MinaxanımTəkləli-Nuriyeva
Rus çarı III Vasili (1479-1533) övlad üzünə həsrət idi. Həmin illərin şair təbli salnaməçisi 20 il uşaqsız həyat keçirən böyük knyaz Vasili haqqında yazırdı ki, öz qızıla tutulmuş örtülü arabasında şəhər ətrafında gəzməyə çıxan çarın gözü ağacdakı quş yuvasına sataşır. Yuvada civildəşən ətcəbala quşcuğazlara baxıb dərdli-dərdli ağlayır: - Quşlar da məndən xoşbəxtdir, - deyir. Nəhayət taxt-tacında öz varisini görmək istəyən çar Vasili gəzintidən evə ciddi niyyətlə də qayıdır: - Yenidən evlənmək. Salnaməçinin xüsusi rəmzlə verdiyi bu əhvalat Karamzinin də diqqətini cəlb etmiş, bu əhvalatı çarın və dövlətin həyatında dönüş nöqtəsi kimi dəyərləndirmiş, “Rus dövlətinin tarixi”nə daxil etmişdi. Çarın ilk qadını boyar İoan Sapurun qızı Solomoniya Saburova idi. Saburovanın Qızıl Orda mirzəsi (mirzə Qızıl Ordada yüksək titul idi) ailəsindən çıxmasını bütün tarixçilər, o cümlədən Karamzin də təsdiqləmişdir.
Çar ikinci dəfə evlənərkən bu nigah seçimində iştirak edən kübar ailələrin qızları içində Yelena Qlinskayaya üstünlük verir, bu hündür boy-buxunlu, xarüqə gözəli bəyənir və qərarında qətiyyət göstərir. Arvadı - çariça Saburovanı 21 illik evlilikdən sonra buraxıb 1526-cı ildə zorla Suzdal-Pokrovski monastrına göndərir.
Ağıllı və gözəl Yelena Qlinskilər nəslindən idi. Vaxtilə məşhur olan - həm adlı-sanlı, həm də zəngin ailə sayılan Qlinskilər indi keçmiş şöhrətə malik olmasa da, Yelena xarici adətlər əsasında tərbiyə almış, patriarxal Moskva şəhərinin avam qızlarından fərqlənirdi. Yüksək təhsil-tərbiyə görən Yelena həm də füsunkar idi. Bu isə heç bir mal-dövlətlə ölçülə bilməzdi. Gözəl Yelena çara iki oğul bəxş edir: İoann və Yakov.
Bir çox müəlliflərin, o cümlədən, “İvan Qroznı” kitabının müəllifi R.Q.Skrınnikovun göstərdiyi kimi, Yelena Qlinskayanın ulu babası Mamay xan olmuşdu.
Qızıl Orda hakimi Mamay xan (...?-1380) türk sərkərdəsi və bahadırı kimi tarixdə çox geniş şöhrət tapıb. Tatar sərkərdəsi Xıdır xan öldükdən sonra, Mamay hakimiyyət arzusuna düşür. Xan nəslindən olmadığına baxmayaraq Qızıl Orda hakimi Berdi bəyin bacısı ilə (qeyd: Berdi bəy Cani bəyin, Cani bəy də qüdrətli Özbək xanım oğludur) evləndikdən sonra dağılmağa üz qoymuş bu hakimiyyəti ələ keçirmiş, bununla çarpışma meydanına atılmışdı: bu mübarizədə Abdul, Məhəmməd Sultan, Tülübək və s. xanları yenmişdi. Qızıl Orda dövlətini gücləndirmək, onu qoruyub saxlamaq məqsədilə böyük işlər həyata keçirmişdir. Mamay xan misilsiz hünərlərə sahib olmuş, keçirdiyi döyüşlərdə həmişə qələbə qazanmış, böyük ad qoymuşdur. Sonuncu döyüşü Kulikova çölündə olan döyüş (1380) oldu. Müharibə meydanında məğlub olub qaçan Mamayın Azov boyunda qarşısını kəsdilər. Burada tarixən döyüş yeri olan Kalka (Kalçık) çayı boyunda onun Toxtamış xanla son döyüşü oldu. Qıpçaqlara birləşən ruslar onların böyük yardımı ilə Mamayı yendilər. Mamay bu uğursuz döyüşdən canını zorla qurtarıb Kırıma qaça bildi. Kırım torpaqlarına çəkilən Mamayı uğursuzluq burada da izləməkdəydi. Az sonra Kafa şəhərində (indiki adı Feodosiya) xaincəsinə öldürüldü. Əski Kırım şəhərində (indiki adı Starıy Krım) Mamay Kurqanı abidəsi var. Deyilənlərə görə, Mamay xan burada dəfn edilmişdir. İndi açıq səma altında muzeyi xatırladan bu xaraba şəhər vaxtilə çox abad, gözəl şəhər olmuşdu. Şəhərdə həmin zamanlara aid Özbək xan məscidi vardır.
MAMAY XAN
Mamayın övladları rus dövlətçiliyi işində böyük xidmətlər göstərmişdi. Xristianlığı qəbul etdikdən sonra onlar Qlinskilər kimi tanınırdılar. Mamayın ölümündən sonra övladları mülk torpaqları olan Dnepr sahili torpaqlarına yerləşdilər. Xristianlığı ilk olaraq Qlinsk və Poltava şəhərlərinin sahibi olan oğlu Mansur Kiyat qəbul edir. Mülk şəhəri olan Qlinsk şəhərini adını familiya götürür. Bu kübar ailə Litva sarayı, ardınca Almaniya kübar dairələri ilə sıx əlaqələr saxlayıb, təhsili, təlim-tərbiyəni Almaniyada alırdılar. Babaları Mamay xanın Litva knyazı Yagello ilə sıx müttəfiqliyini yada salaq. Yelena özü Litva knyazları sarayında tərbiyə almışdı. Knyaz Yagello ilə ulu babasının müttəfiqliyi sayəsində ailələr arasında siyasi və mənəvi bağlar yüz il ərzində qırılmamışdı.
Mamayın övladları xristianlığı qəbul etdikdən sonra içərilərindən güclü dövlət adamları çıxmışdır. Məsələn, XVI əsrin başlanğıcında İvan Lvoviç Kırımda elçi olmuş, Kiyevin voyevodası Mixail Qlinski də III Vasiliyə yaxın adam sayılırdı.
Yelena Mixail Qlinskinin qardaşı qızı idi, atası öldüyündən əmisi evində tərbiyə almışdı.
Hətta gələcəkdə bu nəsildən çıxan knyaz, voyevoda Qlinski Mixail Vasilyeviç (...?-1559) Kazan yürüşünün iştirakçısı və öz bibioğlusu İvan Qroznının ən sadiq adamı kimi yenicə fəth olunmuş Kazanın ilk baş voyevodası (1552-1555) olacaqdır. Dünənki türklüyünə yaraşmayacaq şəkildə yerli müsəlman zadəganların kütləvi qırğınlarına rəhbərlik edəcəkdi. Əsli Qızıl Orda xanından olan knyaz Qlinski öz qarət və qırğınları ilə yerli əhalini Kazandan, eləcə də böyük yollar və çaylar üstündəki şəhərlərdən qovub çıxaracaqdı.
Yelena da ulu babasının hərisliyi özünü göstərməkdə idi; çox erkən dul qalan Yelena ərinin ölümündən sonra onun qardaşlarıyla qəddarcasına rəftar edir - onları türmədə saxladır. Hətta əl-qolu açılsın deyə ona ata əvəzi olmuş əmisini də zindana saldırır. Lakin çox keçmir ki, özü də, arxalandığı məşuqu knyaz Obolenski də sui-qəsd nəticəsində öldürülür. (Qeyd: Onun qəbri Sovet hakimiyyətinin ilk illərində dəfn olunduğu Voznesenski kilsəsindən çar sərdabələri yerləşən Arxangelski kilsəsinin zirzəmisinə köçürülmüşdü. Yelena Qlinskayanın nəşinin tədqiqi onun həqiqətən zəhərləndiyini göstərmişdi).
Beləliklə, Rus taxt-tacının varisi, tarixə İvan Qroznı (qorxunc İvan) adı ilə düşən qüdrətli rus çarı IV İvanın ulu babası Mamay xan olmuşdur.
İvan Qroznı qəsbkar idi: Volqaboyunun, Sibirin, Kazan, Astarxan torpaqlarının fəthi, bu xalqların xristianlaşdırılması onun dövründən başlayır. O Rusiya torpaqlarını görünməmiş vüsətlə genişləndirdi. Ölkə daxilində qanlı repressiya başlatmışdı. Hətta öz qohum-əqrabasına da rəhm etmədi. Çox qəddar, zalım və qaniçən idi.
Rusiyanın Pribaltikaya sahib olmaq, Baltik dənizinə çıxmaq uğrunda başladığı Livon müharibəsi (1558-1583) gedişində Payda (digər adı: Veysenşteyn) şəhərinin mühasirəsi zamanı İvan Qroznının sevimlisi, inandığı adamı, cəlladı Malyuta Skuratov öldürülür. Çarın gözlərini qan örtür, əsir götürülən alman və isveçləri tonqalda yandırır.
Həqiqətən gözlərini qan örtmüşdü. Böyük oğlu vəliəhdi idi. Gəlinini evdə alt paltarında dolaşan gördükdə qeyzlənmiş, deyinmiş, oğlu ilə mübahisəyə keçmişdi. Həmişəki kimi elə hirslənmişdi ki, onu dəmir ucluğu, şiş əsa ilə vurub öldürmüşdü. Repinin çəkdiyi mənzərədə hər şey olduğu kimidir. Peşiman çar, Şamaxı xalçaları üstündə can verən oğlu.
Digər oğlu xəstəhal, ağıldan kəm idi, ən kiçik oğlu da müəmmalı şəkildə özündən sonra öldürüləcəkdi, həm də epilepsiya xəstəsi idi.
O, müstəbidliyi ilə yanaşı Rusiya tarixində çoxarvadlılığı ilə ad çıxarmışdı. Axı müsəlman Şərq ölkələrindən fərqli olaraq xristian ölkələrində çar yalnız bir dəfə evlənə bilirdi (bəzi istisnalar nəzərə alınmalıdır), İvan Qroznı isə altı dəfə nigah bağlamışdı.
Bunlar onun damarlarında axan türk qanı ilə bağlı idimi?!
Mamay xanın adı, yadigarları tarixdə yaşamaqdadır: “Dünən mən Feodosiyadan 25 verst aralı Şah Mamayda Ayvazovskinin malikanəsinə getmişdim”, - deyə A.P.Çexov öz ailəsinə 22 iyul 1888-ci il tarixli məktubunda yazırdı.
Məktubda adı çəkilən Şah Mamay kəndinin indi adı dəyişdirilib Ayvazovski qoyulmuşdur. Hazırda Kırımda Kirov rayonuna aid yaşayış məntəqəsidir.
Bu ada Azərbaycan adları sırasında da rast gəlmək olar. Süleyman Rəhimovun “Mehman” povestində Mamayeva soyadından üslubi məqsədlə istifadə edilmişdir. O, prokurorun arvadı Züleyxanın qızlıq familiyasıdır. Sadə, gözü tox prokuror Mehmandan fərqli olaraq keçmiş əsilzadə olan Züleyxa şan-şöhrətə biganə deyil. Odur ki, prokurorun öz xanımını istehza ilə “Mamayeva” çağırmasının səbəbi olmamış deyildir.
Yurdumuzun yer adları sistemində Mamaylı kənd adı (Qəbələ rayonuna aid), Şuşa şəhərində Mamaylı məhəlləsi adı, Abşeronda Saray kəndində amaylı tirəsi adı və s. yaşamaqdadır.
Rusiyada Volqoqrad (keçmiş tatar şəhəri Sarıtsin) ətrafında Mamay Kurqanı tarixi adında hifz olunmaqdadır. Krasnodar ölkəsində (Adıgey MR) Qruzinskaya Mamayka, Adler rayonunda (keçmiş Ardlar) Russkaya Mamayka kəndləri vardır. Kırımda Şah Mamay, Mamay Kozlev (əsl adı Gözlev) və Yevpatoriya rayonunda Mamay kəndləri olmuşdur. (İndiki adları Jeltokamenka, Tunnelnoe, Verxneye...).
Mamay (mama) sözünün mənasının əski inamlarımızla bağlı olması şübhəsizdir. Qohumluq termini “mama” bu məna izlərini saxlamaqdadır. Bu ada geniş türk adları xəritəsində tez-tez rast gəlinməsi də onunla bağlıdır.
Məsələn, Mamay Kutan kəndi (Dağıstan, Qayakənd rayonu), Mama çayı (İrkutsk vilayətində (Rusiya) çay, Mamaykino (Mari MR, Markinsk ray.), Mamadış şəhəri (Tatarıstan), Mamay kəndi (Qırğızıstan) Yeni yol ray., Mamaçan Tatar körfəzində dağ, Mamakay Yurt (Qroznı yax.) kurortu və s. Mamay adı ilə yaranan türk yer adlarının bolluğunu göstərir.
Rus tarixində xüsusi yer tutan Mamay adı rus dilinin qatlarına keçib möhkəmlənmişdir. Bu addan ən çox simvollaşmış şəkildə istifadə olunur.
Mamay adı onun tarixi vuruşları, qəti hücumu, amansız döyüşləri ölüm-dirim savaş şəraiti ilə simvollaşmışdır.
Rus xalq atalar sözü və məsəllərdə bu ad qarətçi, talançı mənalarında istifadə olunur: “Pusto, slovno, Mamay proşel; İ Mamai pravdı ne sel (Bomboşdur, sanki Mamay keçib; Heç Mamay da həqiqəti yeyə bilməyib) və s.
Bu adın rus dilində müxtəlif frazeoloji birləşmələr tərkibində, eləcə də bir çox məcazi məqsədlərlə işlədilməsi Mamay xan adının belə kənar dil mühitində tam və bütöv mövqeyə malik olduğunu göstərir. Şübhəsiz, bu mövqe Mamay xanın rus xalqının tarixində geniş və həlledici yer tutduğunu sübut edir.
Digər Qızıl Orda xanları kimi birbaşa Çingiz xanın nəslindən olmasa da, ağlı və fərasəti sayəsində Qızıl Ordanı görünməmiş yüksəlişə qaldırdı. Lev Qumilyev Mamay xanı cəsur sərkərdə, bacarıqlı təşkilatçı, mahir siyasətçi kimi xarakterizə edir.

Bu xəbər oxucular tərəfindən 1326 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |