Şrift:
Dövlət Bayrağı Günü Abşeronda böyük coşqu ilə qeyd edilib
10.11.2016 [12:06] - Gündəm, Sosial
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Abşeron rayonunda yürüş keçirilib. Rayon icra hakimiyyəti binasının qarşısından start götürən yürüşün iştirakçıları Heydər Əliyev prospektindən, Zərifə Əliyeva və Qalubiyyə küçələrindən keçməklə Heydər Əliyev parkına doğru hərəkət ediblər. Marşrut boyu yaşayış binalarında üçrəngli bayrağımız dalğalanıb.

Bayram tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Bayramsayağı bəzədilən parkda böyük coşqu vardı. Xalqımızın qürur mənbəyi və iftixarı, dövlət müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımız bütün tədbir iştirakçılarının əllərində dalğalanırdı.

Bayraq meydanında quraşdırılan böyük monitorda Azərbaycan bayrağına həsr olunan videogörüntülər nümayış etdirilib.

Sonra parkda bayram konserti təqdim olunub, Xırdalan şəhərində fəaliyyət göstərən Uşaq Musiqi və İncəsənət məktəbləri şagirdlərinin rəqsləri və ədəbi bədii kompozisiya nümayiş etdirilib.
Bu xəbər oxucular tərəfindən 531 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed