Şrift:
Türkiyədə Atatürkün vəfatının idönümü yad edilir
10.11.2016 [13:23] - Xəbərlər, Bildiriş
Noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, dahi sərkərdə Mustafa Kamal Atatürkün vəfatının 78-ci ildönümüdür.
Atatürkün vəfatının ildönümü bu ölkənin bütün şəhərlərində yad edilməktədir.
İstanbulda Macarıstanın bu şəhərdəki Baş Konsulluğunda, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin birgə təşkilatçılığı və AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərovun iştirakı ilə tədbir keçirilib.
Diplomatların, elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə filologiya elmləri doktoru, professor Nizami Cəfərovun Atatürkün həyat və fəaliyyətinə dair məruzəsi dinlənilib. Tədbirdə Atatürk irsi, onun Azərbaycan sevgisi, dahi şəxsiyyət olan Atatürkün müdrük siyasi həyatının bilinən və bilinməyən tərəflərindən bəhs edilib .
Millət vəkili Nizami Cəfərov "Report"a açıqlamasında bildirib ki, dahi Atatürkün anım tədbirində iştirak etmək onun üçün böyük fəxirdir: “Azərbaycanda Atatürk və atatürkçülük çox məşhurdur və bu bizim rəsmi düşüncəmiz, ideologiyamız səviyyəsində də müdafiə olunub. Həm də bilirsiniz Azərbaycanda Atatürk Mərkəzi var və mən onun nümayəndəsi kimi bu gün burada iştirak edirəm. Bu gün burada Atatürk haqqında, onun tarixi xidmətləri haqqında, Türkiyə Cumhuriyyətinin qurucusu kimi onun göstərdiyi böyük hünər və qəhrəmanlıqdan söhbət etdik və bu dahi şəxsiyyəti andıq.
Düşünürəm ki, bu cür böyük şəxsiyyətləri anmaq eyni zamanda gələcək barəsində düşünmək deməkdir. Atatürk bütövlüktə türk dünyası üçün, nəinki türk dünyası bütün dünya üçün vətəndaş düşüncəsinin, vətəndaş insitutunun formalaşdırılması üçün çox böyük təcrübədir”.
Bu xəbər oxucular tərəfindən 563 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed