10.11.2016 [19:15] - Gündəm, İqtisadiyyat
Vüqar Bayramov
İqtisad elmləri doktoru Vüqar Bayramov ölkədə problemli kreditlərin çəkisinin artmaqda olduğunu bildirir. O Mərkəzi Bankın kredit siyasətini tənqid edir. Vüqar Bayramovun facebook səhifəsində dərc etdiyi məqaləni təqdim edirik:
Mərkəzi Bankın rəsmi məlumatına görə, problemli kreditlərin həcmi 1 milyard 597 milyon manata çatıb. 2016-cı il başlayanda bu göstərici 1 milyard 314 milyon manat idi. Deməli, bu ilin ötən ayları ərzində problemli kreditlərin həcmi rəsmi statistikada 283 milyon manat artıb.
Problemi kreditlərin ümumi kredit portfelində payı artıq 10 faizə yaxınlaşır. Bu isə o deməkdir ki, hər təqdim edilən 100 manatlıq kreditin 10 manatı geri qayıtmır. Bu isə bank sektoru üçün kifayət qədər ciddi rəqəmdir. Qeyd edim ki, sözügedən dövrdə, ümumi kredit portfelinin həcmi 16 milyard 785 milyon manat olub.
Amma problem heç də və yalnız problemi kreditlərin həcminin artımında deyil. Məsələ ondadır ki, bu ilin əvvəlində Mərkəzi Bankın 5 min dollaradək götürülmüş kreditlərə kompensasiya verməsi üçün cəmi 250 milyon manat tələb edilirdi.
Mərkəzi Bank kompensasiya vermədi, amma banklar 250 milyon manatdan daha çox itirdilər. Monitorinqlər göstərir ki, yubanmalara əsasən istehlak kreditləri, yəni kompensasiya təklif edilən kredit xəttləri üzrə qeydə alınır. Digər tərəfdən, monitorinqlır göstərir ki, problemli kreditlər “ümüdsiz kreditlər” kimi geri qaytarılması, demək olar, mümkün olmayan kreditlərdir. Güman olunur ki, məhz məzənnə fərqinə görə növbəti dövrdə problemli kreditlərin həcmində daha çox artımlar müşahidə ediləcək.
Deməli, kompensasiya verməməklə “maliyyə intizamını” qorumağa çalışdığını bəyan edən Mərkəzi Bank əslində problemli kreditlərin həcminin artmasına şərait yaratmaqla bank sektorunda bu "intizamı" pozmuş oldu.

Bu xəbər oxucular tərəfindən 616 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |