10.11.2016 [19:17] - Gündəm, DAVAMın yazıları
Səhər bildim ki, bu gün iş günü deyil. Yox, mən işləmirəm, məni heç yerdə işə götürmürlər, amma yazım bu barədə deyil. Mən neçə illərdir ki, ölkədə çox qeyri-iş günlərinin tarixini və səbəbini adətən həmin gün bilirəm. Öyrəndim ki, bu gün - 9 noyabr Dövlət Bayrağı günüdür. Bayraq dövlətin atributudur, müqəddəsdir, bayraq simvoldur. Nə bayrağımızın tarixindən, nə rənglərindən yazmaq fikrim yoxdur. 1992-ci ildən bəri Azərbaycan bayrağından söhbət düşəndə, bayraq haqqqında düşünəndə.., yadıma Natiq düşür-Natiq Qasımov. Bu adı oxuyanda inanıram ki, tək-tək adamlar biləcək ki, Natiq Qasımov kimdir. Bakının küçələrində sorğu keçirsək, yüz adamdan biri-ikisi tanıya, ya tanımaya.
Amma, bu günlərdə radio – televiziya günü münasibətilə mükafat alan şoumenləri və elə onların təqdimatı ilə hər gün teleekranlardan camaatın gözünü yağır edən hansısa "bezdarnı" müğənni gözəlçələrin neçə dəfə ərə gedib boşandığını sorsanız mütləq düzgün cavab alacaqsınız. Və burda qeyri - adi heç nə yoxdu, xalq gördüyünü tanıyır.
Natiq qəhrəman titulunu rəsmən almayan QƏHRƏMANDIR! Qarabağ döyüşlərində şəhid olan hər kəs qəhrəmandır. Natiqin qəhrəmanlığı həm də bu gün bayram kimi qeyd etdiyimiz bayraqla bağlıdır. Natiqin döyüş zamanı göstərdiyi hərəkətlərin hər biri qəhrəmanlıq epizodudur.
Natiq əslən Gədəbəy rayonundandır. Mingəçevirdə böyüyüb başa çatıb. Qarabağa könüllü vurşmağa gedib. Natiqin vətən sevgisi bir qəhrəmanlıqdır. Natiq Əsgəran istiqamətində Xramort kəndi yaxınlığındakı kilsədə döyüş yoldaşları ilə mövqe tutub düşməni tərpənməyə imkan vermirdilər. Onlar cəmi 7 nəfər olublar. Yanvar ayının soyuğunda günlərlə döyüşüblər, yoldaşlarının 6-sı həlak olub. Əlverişli mövqedə olan Natiq 6 gün ac-susuz təkbaşına düşmənlə vuruşur. Natiq mövqeyi tərk edib Ağdama qayıda bilərdi. Qayıtmır. Natiqin qəhrəmanlığı sonadək döyüşməyidir. Həlak olmuş döyüş yoldaşlarının ruhunu əziz tutub, onlara sadiq qalıb. Düşmən hiyləyə əl atır - 22 nəfər Xocalı sakinini tutub girov götürən ermənilər xocalılardan bir nəfəri kilsəyə göndərir. Kilsəyə gələn Xocalı sakini deyir ki, təslim olmasalar onları öldürəcəklər. Natiq deyəndə ki, o təkdir, həm də 5 gündür ac-susuz, yuxusuz təkbaşına döyüşür, gələn Xocalı sakini dəhşətə gəlir. Natiqin üz gözü hisdən qapqara qaralmışdı. Natiq təslim olmasa 22 nəfər Xocalı sakinin güllələnəcəyini deyirlər. 21 yaşlı Natiq Qasımovun həmin andakı düşüncələri, hərəkəti Hollivud filmlərinin mövzusudur. Serjant Rayanı xilas etmək istəyən döyüşçülərin qəhrəmanlığından qat-qat artıqdır Natiqin o zaman kəsimində göstərdiyi qəhrəmanlıq! Natiq 22 Xocalının güllələnməsindənsə özünün ölümünü seçir. Təslim olacağını deyir. “Uzaq sahillərdə” filminin son səhnəsini xatırlayın. Mehdi təslim olmasa kəndin adamlarını güllələyəcəklər. Natiq də Mehdi kimi ayağa qalxır, son iki patronunu havaya atır.., son gülləsinədək vuruşduğunu özü üçün dəqiqləşdirir, döyüşdüyü yerə baxır, qaranlıqda gözləri işıq axtarır, zülmət gecədə axtardığı işığı tapır.., o işıq kilsəyə sancılmış Azərbaycan bayrağı olur. Bayrağı büküb əlinə alır, ağır-ağır, amma mərdliklə, düşmənə nifrətlə, üzündə əlində tutduğu bayraqdan aldığı işıqlı təbəssümlə aşağı enir.
Yenə Mehdinin filmilə müqayisə aparacam. Mixaylonu görən Şultsun təəccübü yadınızdamı? Ermənilərin üzündə də o təəəccüb aydın görünür. Düşmən təslim olacaq bir dəstəni gözlədiyi halda kilsədən bir nəfər - əlində Azərbaycan bayrağı tutmuş Natiq Qasımov çıxır. Altı gün, altı gecə düşmənlə təkbaşına vuruşan Azərbaycan vətəndaşı! Üzündə qorxu olmayan, hətta işıqlı gözləri olan bu oğlan onları pərt edir. Günlərdir çoxlu itki verdikləri , ala bilmədikləri bu yeri bir uşaq qoruyurmuş. Onun təslim olma anını rus jurnalisti fotolarla əbədiləşdirir və sonra “Oqonyok” jurnalında o da bu igid oğlanın təmkinliyi, qoçaqlığı qarşısında təəccübünü gizlədə bilmədiyini etiraf edir. Baxın, bu fotoya – Natiqin son ümidi əlindəki bayaraqdır. Natiq o zaman bəlkə də, vətəndaşı olduğu dövlətin bayrağına sığınıb, bu dövlətin onu darda qoymayacağını da fikirləşib. Natiq Qasımov bayrağını uca tutdu, əlində bayraq sonsuzluğa getdi, sözün birbaşa mənasında. Bu günədək onun ölüsündən - dirisindən xəbər yoxdur.
Məşhur kəlam var - ”anadan qəhrəman doğulmurlar, qəhrəman olurlar”. Qarabağ müharibəsinin bitmədiyi bir zamanda, Natiqin qəhrəmanlığı örnək olacağı halda niyə onun qəhrəmanlığı dərsliklərə salınmayıb? Stalinqrad vuruşunda tarixə düşən bir “Paşkovun evi” var. Tarix kitablarında o vaxt yazırdılar ki,” Paşkovun evinin müdafiəsi zamanı faşıstlər o qədər itki vermişdilər ki, heç bəzi Qərbi Avropa ölkələrini işğal edəndə bu qədər itki verməmişdilər”. Natiqin təkbaşına qoruduğu yerdə də ermənilər ağır döyüşlərdə verdikləri itkilər qədər itki verib. Natiqə niyə Milli Qəhrəman adı verilmir? Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı müharibədən 11 il sonra - 1956-cı ildə verilib. Gec deyil. Natiq Qasımov gələcək Qarabağ döyüşlərinə nümunə qəhrəmandır! Gələn bayraq günü bayramına kimi verin ona bu adı. Bu ad Natiqə lazım deyil, bu ad Azərbaycana lazımdır!
İlham İsmayıl - yazarın arxivi

Bu xəbər oxucular tərəfindən 761 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |