Şrift:
Azərbaycan milli komandası Şimali İrlandiya ilə qarşılaşacaq
11.11.2016 [10:18] - Xəbərlər, İdman
Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il Dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
"Report"un məlumatına görə, Robert Prosineçkinin baş məşqçisi olduğu komanda Belfast şəhərində Şimali İrlandiya yığmasının qonağı olacaq. Matç Bakı vaxtilə saat 23:45-də başlayacaq.
Millimiz ilk 3 oyundan sonra 7 xalla qrupda 2-ci yerdə gedir. Şimali İrlandiya yığması isə 4 xalla Azərbaycan millisinin ən yaxın izləyicisidir. Rəqib qalib gələrsə, xallar bərabərləşəcək, Azərbaycan qələbə qazanarsa, xal fərqi 6-dək artmış olacaq. Heç-heçə isə 3 xallıq fərqi saxlayacaq.
Yığmamız Şimali İrlandiya ilə bunadək 4 dəfə görüşüb. Həmin matçlar da dünya çempionatının seçmə mərhələ oyunlarına təsadüf edib. Keçirilən 4 oyunda hər yığma 1 dəfə qalib gəlib, qalan 2 matç isə bərabərliklə nəticələnib.
Dünya çempionatı - 2018, seçmə mərhələsi, C qrupu
11 noyabr
23:45. Şimali İrlandiya - Azərbaycan
Baş hakim: Kleman Tyurpen
Yan xətt hakimləri: Nikolya Dano, Siril Qrinqor
Dördüncü hakim: Frank Şnayder (hamısı Fransa)
Belfast. "Uindsor Park" stadionu
Bu xəbər oxucular tərəfindən 625 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed