11.11.2016 [10:26] - Gündəm, Mədəniyyət
Azərbaycan istehsalı olan “Dərs” bədii filmi Belarusun 23-cü “Listopad” Minsk Beynəlxalq Film Festivalının “Qızıl Listopadik” mükafatına layiq görülüb.
Bu barədə Mədəniyyət ve Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
“Dərs”in beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen film festivalında baş tutub. Film Rusiyanın 25-ci “Kinoşok” beynəlxalq film festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film” nominasiyasında qalib olub.
Ekran əsərinin rejisorları Rafiq Əliyev və Cavid Təvəkkül, ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.

Bu xəbər oxucular tərəfindən 546 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |