12.03.2012 [13:13] - Güney Azərbaycan xəbərləri
İran ayətullahları Məhərrəm Şirazi və Safi Qolpaeqani ölkə vətəndaşlarınıBahar bayramını- ilaxır çərşənbəni qeyd etməməyə çağırıb. Rusiya mətbuatına istinadən yayılan məlumata görə, ayətullahlar fikirlərini onunla əsaslandırırlar ki, bayram İslama qədər zərdüştlük (oda sitayiş-red.) dini geniş yayılan zaman qeyd edilirmiş.
Dini liderlərin fikrinə görə, zərdüştlik dininə məxsus adəti saxlamaq Allaha şərik qoşmaq anlamına gəlir. Ayətullahlar ilaxır çərşənbənin qeyd edilməsinin ölkədə fəsadlara da gətirib çıxardığını qeyd edirlər. Dini liderlərin tövsiyələrinə baxmayaraq, İran əhalisi əsrlərdən bəri gələn adət-ənənəyə əsasən ilaxır çərşənbəni təmtəraqla qeyd etməyə üsünlük verirlər.
Qeyd edək ki, ötən il ilaxır çərşənbə günü İranın paytaxtı Tehran şəhərində 296 irili-xırdalı yanğın hadisəsi qeydə alınmışdı. İran yanğınsöndürmə xidmətinin məlumatına görə, ilaxır çərşənbə günü şəhərdə 27 tikili, 21 avtomobil yanıb. Bu hadisələr nəticəsində 300 nəfər müxtəlif dərəcədə yanıq xəsarəti almışdı.

Bu xəbər oxucular tərəfindən 1112 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |