12.03.2012 [13:24] - Gündəm
Barak Obama əfqan xalqından üzr istəyib, günahkarın cəzalandırılacağına söz verib
Bazar günü Əfqanıstanda Qəndəhar vilayətində hərbi hissəni tərk edən bir ABŞ əsgəri yaxınlıqdakı kənddə bir yaşayış evinə daxil olaraq atəş açmağa başlayıb. BBC-nin yaydığı məlumata görə, amerikalı əsgərin açdığı atəş nəticəsində 16 mülki şəxs ölüb, 5 nəfər yaralanıb. Öldürülənlər arasında qadın və uşaqlar da var. Amerikalı əsgər daha sonra bazaya qayıdıb və təslim olub. Baş verən olayla bağlı ABŞ prezidenti Barak Obama Əfqanıstan xalqından üzr istəyib. O, bu faciəli hadisənin sürətlə araşdırılacağına və günahkarın cəzalandırılacağına söz verib.

Bu xəbər oxucular tərəfindən 1081 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |