11.11.2016 [12:37] - Gündəm, İqtisadiyyat
“Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası” yatağındakı 677 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, “Azneft” İstehsalat Birliyi işlənmədə olan yataqlardakı köhnəlmiş hidrotexniki qurğuların yenilənməsi, hasilatın sabit saxlanılması və artırılması üçün görülən işləri müvəffəqiyyətlə davam etdirir. Bu günlərdə birliyin sifarişi ilə “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası” yatağındakı 676 nömrəli estakadayanı meydançadan 677 nömrəli quyu əsaslı təmirdən sonra istismara buraxılıb. Quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul verib, 4434-4382 metr interval dərinliyindən gündəlik 9 ton neft hasilatı ilə istismar fonduna daxil edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.

Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |