12.03.2012 [15:47] - Xəbərlər
Azərbaycanın gələcəyi gənclərimizin təhsilindən, yeniliyi tətbiq etmək bacarığından, vətənpərvərliyindən və milli-mənəvi dəyərlərə sədaqətindən asılıdır. Odur ki, gənclərin hərtərəfli inkişafı, sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şəraitin yaradılması dövlət siyasətinin başlıca istiqamətlərindədir. Bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının iştirakçılarına təbrik məktubunda deyib.
Məktubu Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.
Dövlət başçısının təbrik məktubunda qeyd olunub ki, Azərbaycanda gənclərlə bağlı son illərdə mühüm qanunlar, xüsusi dövlət proqramları qəbul olunub və hazırda uğurla icra edilir.
"Müstəqil dövlət kimi 20 illik yol keçmiş Azərbaycan Respublikası qısa dövr ərzində milli dövlətçiliyini möhkəmləndirib, iqtisadi qüdrətini və siyasi nüfuzunu artırıb, dünya birliyinin layiqli üzvünə çevrilib. Yeni ideyalar və quruculuq həvəsi ilə seçilən Azərbaycan gəncliyi qazanılan bütün uğurlara öz töhfəsini verib, ölkəmizin ictimai-siyasi, sosial-mədəni inkişafında fəal rol oynayıb", - təbrik məktubunda vurğulanıb.
Prezident təbrik məktubunda bildirib ki, gənclərimizin təhsilə, elmə və müasir informasiya kommunikasiya texnologiyalarına artan marağı, vətənpərvərliyi və yüksələn ictimai fəallığı gələcəyə daha böyük ümidlərlə baxmağa əsas verir.
"Sevindirici haldır ki, harada yaşamasından və ictimai statusundan asılı olmayaraq, hər bir azərbaycanlı gənc öz doğma vətəni ilə qürur duyur, milli maraqların qorunması naminə səyini əsirgəmir. Düşünürəm ki, Azərbaycan gəncliyi, Dünya Azərbaycanlı Gənclər Birliyi gənc nəslin mütəşəkkilliyinin artırılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, diasporun möhkəmləndirilməsi və mədəni irsimizin təbliği istiqamətində gənclərimizin fəaliyyətini daha yaxşı əlaqələndirməyə imkan verəcək. İnanıram ki, bu mötəbər məclisin keçirildiyi gün Azərbaycan gənclər hərəkatının tarixinə əlamətdar hadisə kimi daxil olacaqdır. Sizi bir daha təbrik edir, qurultayın işinə uğurlar arzulayıram", - məktubda qeyd edilib.

Bu xəbər oxucular tərəfindən 1151 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |