Şrift:
Azərbaycan sərhəddə yaranmış avtomobil sıxlığı ilə bağlı Rusiya tərəfinə müraciət edib
11.11.2016 [16:30] - Gündəm, Sosial
Son 2 gündə Azərbaycan-Rusiya sərhəddində yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük- keçid məntəqəsində avtonəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə olunur. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, Hazırda Azərbaycan tərəfdə nəqliyyat vasitələrinin keçidində hər hansı problem yoxdur, gömrük-keçid məntəqəsi gündəlik iş rejimində fəaliyyət göstərir. Sıxlığın yaranmasına səbəb isə Rusiya istiqamətində yerləşən gömrük-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olmasıdır.
Hazırda iki ölkə arasındakı sərhəddə tez xarab olan kənd təsərrüfatı məhsulları ilə yüklü avtomobillərin olduğunu nəzərə alaraq sıxlığın aradan qaldırılması üçün DGK-nın rəhbərliyi ilə Rusiyanın Federal Gömrük Xidmətinin rəhbərliyi arasında telefon danışığı olub və qonşu ölkənin gömrük xidmətinə rəsmi müraciət ünvanlanıb. Sıxlığın mümkün olan ən qısa vaxt ərzində aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə saat 14:00-da sərhəddə hər iki ölkənin gömrük və sərhəd xidmətinin nümayəndələri arasında görüş keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 514 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed