11.11.2016 [16:34] - Gündəm, İqtisadiyyat
Noyabrın 10-da Tbilisidə "Georgian Times" mediaholdinqi və GORBİ ictimai rəy və marketinq şirkəti 17-ci biznes reytinq mükafatlarının təqdim olunması mərasimini keçirib.
SOCAR-dan verilən məlumata görə, ən yaxşı şirkətlərin və iş adamlarının seçilməsində müstəqil ekspertlər, müəssisə rəhbərləri, iqtisadi mövzuda işləyən jurnalistlər, konsaltinq şirkətləri, qeyri-hökumət təşkilatları, fondlar, sosial tədqiqat xidmətləri iştirak ediblər. "SOCAR Georgia Petroleum" şirkəti "Gürcüstanın dövlət büdcəsinə ən çox vergi ödəyicisi", “Ən yaxşı yanacaqdoldurma stansiyaları və infrastrukturu olan şirkət", "Ən böyük işəgötürən" nominasiyalarında milli biznes mükafatına layiq görülüb. "SOCAR Georgia Gas” şirkəti "Ən yaxşı inkişaf strategiyası", "Ən yaxşı xidmət", "Ən innovativ şirkət" nominasiyalarında qalib gəlib. Qara dəniz sahilində yerləşən SOCAR-a məxsus Kulevi terminalı - "Black Sea Terminal" MMC isə "İlin investoru" elan olunub.
"SOCAR Georgia Petroleum" şirkəti səs çoxluğu ilə müsabiqənin Qran-prisini də qazanıb.
Mərasimdə parlament üzvləri, hökumət nümayəndələri, iri biznesmenlər, ziyalılar, diplomatlar, yerli və xarici jurnalistlər iştirak ediblər.

Bu xəbər oxucular tərəfindən 548 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |