Şrift:
Güney Azərbaycan Xəbərləri
12.03.2012 [16:52] - Güney Azərbaycan-Təbriz
Cenevrədə İranda azlıqların hüquqları mövzusunda beynəlxalq konfrans keçiriləcək
Güney Azərbaycan Xəbərləri





Martın 14-də İsveçrənin Cenevrə şəhərində BMT-də Təmsil Olunmayan Dövlətsiz Millətlər və Xalqlar Təşkilati (UNPO) və Azlıqların Hüquqlarının Müdafiəsi Qrupunun (MRG) təşkilatçılığı ilə “İranda azlıqların hüquqları” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Toplantının əsas müzakirə mövzusu bu ölkədə yaşayan milli və dini azlıqların haqlarının pozulması məsələsi olacaq. Konfransın əsas məruzəçiləri – MRG-nin icraçı direktoru Mark Lattimer, Beynəlxalq Əfv Təşkilatının (“Amnesty İnternational”) təmsilçisi Antonio Bertsincer, İranda Azərbaycanlıların Hüquqlarının Müdafiəsi Assosiasiyasının (ADAPP) rəhbəri Faxtə Luna Zamani, Əhvaz İnsan Haqları Təşkilatının sədri Kərim Əbdiyan və Bəluçistan Xalq Partiyasının nümayəndəsi Monirə Süleymanidir.

MEHDİ ƏJDƏRİ VƏ MƏHƏMMƏD XAKPUR ƏRDƏBİL ZİNDANINDAN MÜVƏQQƏTİ OLARAQ AZADLIĞA BURAXILIBLAR
Güney Azərbaycan Xəbərləri





Güny Azərbaycnlı milli fəallar Mehdi Əjdəri və Məhəmməd Xakpur , 20 milyon tümən vəsiqə qarşılığında azadlığa buraxılıblar.
Əslən Ədəbildən və Germi şəhərində öyrənci olan Azərbaycan milli fəal Mehdi Əjdəri ETTELAAT məmurları tərəfindən tutuqlanmışdı və Ərdəbil şöbəsi onu zindana göndərmişdi.
Mehdi Əjdəri dəfələrlə ETTELAAT məmurları tərəfindən,o cümlədən Sulduz şəhidlərinin il dönümü mərasiminə gedərkən, 2010- ci ilin Fevral ayında da həbs olunmuşdur.
Məhəmməd Xakpur adlı bir fəalda ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən yaxalanıb Ərdəbil zindanına göndərilmişdi. Adını çəkdiyimiz milli-mədəni fəalları məmurlar həbs edərkən əllərində məhkəmə hökmü olmadan həbs olunmuşlar.

Təbrizin tarixi “Başmaq Bazarı” çətinliklərlə üzləşir
Güney Azərbaycan Xəbərləri





İstehsal etdiyi ayaqqabıların keyfiyyətinə görə bütün Yaxın Şərqdə məşhur olan Təbrizin “Başmaq Bazarı” xaricdən, xüsusilə də Çindən idxal olunan ucuz, ancaq keyfiyyətsiz ayaqqabılarla rəqabət apara bilmir. İran rəsmiləri ucuz idxal olunan ayaqqabılara qarşı tariflər tətbiq olunacağı barədə məlumat versələr də, neçə ildir bu, həyata keçirilmir. Gözləyək, görək İran Azərbaycanının bu tarixi irsi nə qədər bu rəqabətə davam gətirə biləcək.

Hillari Klinton: “İranın mübahisəli nüvə proqramının diplomatik yolla həlli üçün hələ fürsət var”
Güney Azərbaycan Xəbərləri





“İranın mübahisəli nüvə proqramı ilə bağlı bu ölkə ilə Qərb arasında yaranmış gərginliyin diplomatik yolla aradan qaldırılması üçün hələ fürsət var”. APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibi Hillari Klinton deyib.

Onun sözlərinə görə, İran nüvə proqramının dinc məqsədli olduğunu sübut etməlidir: “Rəsmi Vaşinqton İrana qarşı hələ diplomatik yola üstünlük verir və bunda israr edir. Ancaq şübhəsiz diplomatiya ilə birlikdə dünya ictimaiyyətinin indiyədək tətbiq etdiyi ən ağır sanksiyalar da davam etdiriləcək. ABŞ İranla olan problemlərini gündəmə gətirib müzakirələri başlatmaq istəyir”.

İRANLI JURNALİSTƏ 1 İL HƏBS VERİLİB
Güney Azərbaycan Xəbərləri




İranda islahatçı “Şərq” qəzetinin 3 ay əvvəl tutulmuş əməkdaşı Keyvan Mehreqan 1 il müddətinə azadlıqdan məhrum edilib.

ETTELAAT əməkdaşları 2011-ci il dekabrın 7-də “Şərq”in redaksiyasına gələrək qəzetin baş redaktoru Əhməd Qulamini, beynəlxalq bölmənin rəhbəri Fərzanə Rustayini, siyasi bölmənin rəhbəri Keyvan Mehreqanı və qəzetin sponsoru Əli Xodabəxşi tutmuşdular. Həbslərin “Şərq” qəzetinin 16 Azər Tələbə Günü ilə bağlı xüsusi buraxılış hazırlamaq planı ilə əlaqələndirildiyi vurğulanır.
Tehran məhkəməsi Keyvan Mehreqanı dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirli bilib.

Məhkəmə Keyvan Mehreqana 5 il jurnalist kimi fəaliyyət göstərməyi də qadağan edib

KANADANIN MÜDAFİƏ NAZİRİ: “İRANLA HƏRBİ QARŞIDURMAYA HAZIRIQ”
Güney Azərbaycan Xəbərləri





Martın 11-də jurnalistlərə açıqlama verən Kanadanın müdafiə naziri Piter Makkey ölkəsinin İranla hərbi qarşıdurmaya hazır olduğunu bəyan edib.
Nazir deyib ki, Kanada ilk növbədə İranın nüvə proqramının danışıqlar yolu ilə həllinə tərəfdardır: “Biz bütün diplomatik yolları axıracan gedəcəyik. Lakin danışıqlar nəticə verməsə, İranla mümkün hərbi qarşıdurmaya tam hazırıq. İrana hakim olan sistem rəhmsizcəsinə öz vətəndaşlarını əzməklə yanaşı apardığı nüvə fəaliyyətləri ilə bağlı beynəlxalq qanunlara tabe olmaqdan boyun qaçırır və Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri ilə əməkdaşlıqdan imtina edir. Məhz buna görə Kanada hökuməti İran təhlükəsini ciddi sayır və bu təhlükənin qarşısını almaq üçün digər ölkələr kimi öz müttəfiqləri ilə birgə iş aparır”.

İRAN RƏSMİSİ: “BİZ NÜVƏ FƏALİYYƏTİMİZİ HEÇ VAXT DAYANDIRMAYACAĞIQ”
Güney Azərbaycan Xəbərləri






Beynəlxalq Atom Enerjisi Agentliyində İranın daimi nümayəndəsi Əli Əsğər Sultaniyə jurnalistlərə açıqlamasında ölkəsinin nüvə fəaliyyətindən danışıb.
Əli Əsğər Sultaniyə deyib ki, nüvə fəaliyyətinə görə Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalar nəticə verməyib: “İran nüvə silahı istehsal etmək niyyətində deyil. Qərbin ölkəmizə tətbiq etdiyi sanksiyalar apardığımız nüvə fəaliyyətinə, o cümlədən də uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətə təsir göstərə bilməyib. Əslində bu sanksiyalar sentrifuqaların fəaliyyətinə təsir etmək əvəzinə daha çox insanların həyatına təsir edib. Lakin bizə qarşı tətbiq olunan sanksiyalar və qəbul edilən qətnamələr, o sıradan da hərbi təhdidlər, kibernetik hücumlar və s. təzyiqlər İranın nüvə fəaliyyətinə təsir göstərə bilməyib.
Biz apardığımız nüvə fəaliyyətini heç vaxt dayandırmayacağıq və bu sahədəki işimizi Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında davam etdirəcəyik”.
Bu xəbər oxucular tərəfindən 1543 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed