Şrift:
Akademik Milli Dram Teatrının kollektivi beynəlxalq festivalda çıxış edəcək
12.03.2012 [17:50] - Mədəniyyət
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Sloveniyada keçirilən Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, bu gün 11-ci Sloveniya Beynəlxalq Teatr Festivalına qatılmaq üçün teatr kollektivi Belqrada gedir. Bu festival 2002-ci ildən bəri müntəzəm keçirilir. «Sloveniya – 2012» festivalının rəsmi açılış mərasimi martın 9-da baş tutub. 9-17 mart tarixlərində keçiriləcək festivalda Akademik Milli Teatrla yanaşı, Rusiyanın, Rumıniyanın, Bolqarıstanın, Polşanın, İranın, Serbiyanın, Bosniya-Hersoqovinanın müxtəlif teatrları iştirak edəcək. Akademik Milli Dram Teatrı Sloveniya festivalında martın 14-də H.Mirələmovun «Xəcalət» əsəri əsasında hazırlanmış «Xəcalət» tamaşası ilə çıxış edəcək. «Xəcalət» tamaşasının quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq Artisti Səyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır. Bildirilib ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb etdiyi üçün Akademik Milli Dram Teatrı bu tamaşanın xarici ölkələrdə nümayiş olunmasına xüsusi önəm verir.

Tamaşada xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Ələsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Məzahir Cəlilov və Xədicə Novruzlu iştirak edir.
Bu xəbər oxucular tərəfindən 1330 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed