12.11.2016 [10:30] - Gündəm, Hüquq
Noyabrın 11-də Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran şəhərində dini ədəbiyyatların satışı ilə məşğul olan üç mağazada reyd keçiriblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, reyd zamanı hər üç mağazanın dini ədəbiyyatların satışını həyata keçirmək üçün xüsusi razılıq əldə etmədiyi müəyyən olunub.
Reyd keçirilmiş mağazaların ikisindən müvafiq razılığı olmayan 93 nüsxə dini təyinatlı ədəbiyyat aşkarlanaraq müsadirə edilib. Hər iki mağaza sahibləri barəsində qanuna müvafiq olaraq protokol tərtib edilib. Digər mağaza sahibinə isə şifahi xəbərdarlıq edilib.
Mağaza sahibləri ilə profilaktik söhbətlər aparılıb. Bu istiqamətdə müvafiq araşdırmalar davam etdirilir.

Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |