Şrift:
Azərbaycanın cənub bölgəsində torpaq sürüşməsi yenidən aktivləşib
12.11.2016 [11:00] - Gündəm, Sosial
Azərbaycanın cənub bölgəsində torpaq sürüşməsi yenidən aktivləşib.
Sürüşmə aktivliyi bu dəfə Masallı rayonunun Zuvand və Güllütəpə kəndlərində qeydə alınıb.
Sürüşmə hələlik otlaq və əkin sahələrində müşahidə olunur, Güllütəpə ərazisində torpağ qatı təqribən 150 m uzununa 50 metr eninə sürüşüb.
Kənd ərazi icra nümayəndəsi Əlövsəd Muradov "Report"a bildirib ki, sürüşmə pay torpaqlarına ziyan vurub: "Demək olar 60 sot sahədə yarğanlar əmələ gəlib. Dağətəyi zona olduğundan bütünlüklə əkin sahələridir. Torpağın alt qatında əhəng suxurları var. Ona görə də yayda çatlar əmələ gəlir, yağış yağanda sürüşmə baş verir".
Sakinlər sürüşmənin daha çox onlar üçün təhlükə yaratdığını deyirlər: "Sürüşmə göz qabağındadır. Otlaqda olan heyvanlarımız üçün də batmaq, tələf olmaq təhlükəsi var".
Torpağ sürüşməsi Güllütəpədə 4 vətəndaşın paybəlli torpağını əhatə edib. Bu səbəbdən sakinlər həmin ərazilərdə əkin-biçin apara bilmirlər.
Masallı rayon mərkəzindən 25 km məsafədə yerləşən Zuvand kəndindəki qədim sürüşmə sahəsində hazırda aktivlik müşahidə olunur. Burada isə paybəlli sahələrindən fərqli olaraq evlərə ziyan dəyib. Kənddə köhnə isdifadəsiz evlərdən biri dağılıb, daha birində çat əmələ gəlib.
Qeyd edək ki, Masallı ilə yanaşı, Lerikdə də ayrı-ayrı yerlərdə torpaq sürüşməsi və çökmələr müşahidə olunur. Bölgədə mülayim hava şəraiti hökm sürdüyündən aktivlik hələlik səngiyib.
Bu xəbər oxucular tərəfindən 671 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed