11.10.2011 [12:20] - Gündəm
“Biz bütün beynəlxalq təşkilatları Qafqaz regionundakı münaqişələrin həllinə çağırırıq. Qafqaz regionunda münaqişələr həll olunmadıqca ətraf regionlar üçün də sülhə zəmanət yoxdur”.
Bu fikirləri Milli Məclisdə keçirilən “Dəyişən geosiyasi vəziyyətdə təhlükəsizlik: Qafqaz regionunda geosiyasi sabitlik” adlı dəyirmi masada Baltik Assambleyasının (BA) prezidenti, xanım Laine Randyarv bildirib.
L. Randyarv deyib ki, Qafqazdakı münaqişələrin həll olunması gecikdikcə onun təhlükə dairəsi də genişlənir.
“Qonşu regionlarda münaqişələr həll olunmadıqca biz heç bir inkişafa nail olmayacağıq. Məhz bu səbəbdən 2009-cu il 28 noyabr tarixində Baltik Assambleyası Qafqaz regionunda geosiyasi sabitliiyin bərqərar olması ilə bağlı iki sənəd qəbul edib. Bu sənədlərdən biri də məhz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Sənəddə münaqişənin beynəlxalq prinsiplər əsasında tezliklə həll olounması tələb olunur. Digər sənəd isə Gürcüstanın ərazi bütövlüyünün bərqərar olması ilə bağlıdır”- deyə, L.Randyarv vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 1145 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |