Şrift:
Latviyada Dağlıq Qarabağla bağlı yanlış məlumatların yayılmasının qarşısı alınıb
13.03.2012 [00:27] - Gündəm
Latviyanın internet-resurslarında Dağlıq Qarabağla bağlı yanlış məlumatların yayılmasının qarşısı alınıb.
Azərbaycanın Latviyadakı səfirliyindən bazar ertəsi verilən məlumata görə, birinci resurs Latviyada fəaliyyət göstərən Travelnews.lv domeninə məxsus olub. Həmin saytda Dağlıq Qarabağ ayrıca ölkə kimi göstərilib, onun paytaxtının, özünün ərazisinin, əhalisinin, dininin və pul vahidinin olduğu bildirilib. Eyni zamanda, göstərilib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindədir.
İkinci resursda isə Latviyadan olan bir qrup alpinistin Ermənistana, oradan isə Dağlıq Qarabağa getdikləri göstərilir, Dağlıq Qarabağ haqqında qeyri-dürüst məlumatlar öz əksini tapır.
Səfirlik əldə etdiyi mövcud məlumatlar əsasında dərhal təxirəsalınmaz tədbirlər görüb, hər iki təşkilatla əlaqə saxlayıb, onların rəhbərlərinə səfirliyin qəti mövqeyini sərt bir qaydada çatdırıb.
Travelnews.lv şirkətinin rəhbəri Ayvars Matskeviçs ilə söhbət zamanı o, məsələdən xəbərsiz olduğunu bildirib, səfirlik tərəfindən bildirilmiş mövqe və tələblə razılaşaraq, eyni zamanda, bununla bağlı Latviya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayaraq bu məsələni onlardan dəqiqləşdirəcəyini qeyd edib. Daha sonra Matskeviçs səfirliyə zəng vuraraq üzr istədiyini bildirib, yerləşdirilmiş məlumatların səhv olduğunu etiraf edib, yaxın zaman ərzində saytdakı məlumatların dəyişdiriləcəyi barədə səfirliyi əmin edib.
Latviya Alpinistlər və Səyyahlar Assosiasiyasının rəhbəri Arnis Opmanis isə bildirib ki, mövcud səfər Ermənistana məxsus "ASPAR" şirkətinin təşkilatçılığı ilə baş tutub. O, bunun səhvən səhlənkarlıq üzündən baş verdiyini bildirərək səfirlikdən dəfələrlə üzr istəyib. Bundan dərhal sonra internetdə yerləşdirilmiş mövcud məlumat dərhal yığışdırılıb və gələcəkdə belə xoşagəlməz halların yaşanmaması üçün səfirliklə əvvəlcədən məsləhətləşiləcəyi bildirilib.
Hər iki halda şirkət rəhbərlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qısa məlumat verilib, Dağlıq Qarabağın Azərbaycanın suveren ərazisi olduğu bildirilib, həmin ərazilərə səfərin yalnız Azərbaycanın müvafiq dövlət strukturlarının icazəsi ilə mümkünlüyü barədə xəbərdarlıq edilib.
"SIA EIROPAS REĢIONĀLĀ TŪRISMA INSTITŪTS" (Avropa Regional Turizm İnstitutu) http://www.travelnews.lv/?i_id=1&m_id=50&i_ctr=926&Kalnu-Karabaha
"Latvijas Alpīnistu un ceļotāju asociācija" (Latviya Alpinistlər və Səyyahlar Assosiasiyası)
http://www.laca.lv/jaunumi/Armenia_2011_v2.pdf
Bu xəbər oxucular tərəfindən 1091 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed