Şrift:
Varşavada millətçilərin yürüşündə Ukrayna bayrağı yandırılıb
12.11.2016 [11:21] - Gündəm, Hadisə
Varşavada Polşanın Müstəqillik günü münasibətilə keçirilən yürüşdə yerli millətçilər Ukraynanın bayrağını yandırıb.

“Qazeta polska” saytının verdiyi xəbərə görə, ənənəvi keçirilən İstiqlal yürüşündə ümumilikdə 75 min nəfər iştirak edib.

2016-cı ilin iyununda Polşa parlamentinin aşağı palatası 1943-1944-cü illərdə Volın vilayətində “Ukrayna Millətçiləri Təşkilatı” və “Ukrayna Üsyançı Ordusu” təşkilatlarının polşalılara qarşı törətdikləri cinayətləri soyqırımı adlandırıb.

Ukrayna Ali Radası, öz növbəsində, Polşa Seyminin qərarını pisləyib.
Bu xəbər oxucular tərəfindən 685 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed