14.11.2016 [10:10] - Gündəm, Hüquq
Cənubi Koreya prezidenti Pak Kın Xen yaxın rəfiqəsi Tsoy Sunn Sil ilə bağlı qalmaqalla əlaqədar ifadə verəcək.
Bu barədə NHK telekanalı prokurorluqdakı mənbəyə istinadən məlumat yayıb.
Prokurorluq prezidentə noyabrın 15-də, yaxud 16-da ifadə verməsi üçün sorğu göndərib. Hələ ki, prokurorluğun dəvətinə prezident cavab verməyib.
Xatırladaq ki, noyabrın 19-da hazırda həbsdə olan T. S. Silə qarşı ittiham irəli sürüləcək. Ölkə tarixində ilk dəfə fəaliyyətdə olan prezident ifadə verəcək. Bununla bərabər, dünən və bu gün “Hyundai Motor Company”, “Hanwha Group”, “SK Group”, “Samsung Electronics Co., Ltd.”, “Hanjin Group” və digər şirkətlərin rəhbəri korrupsiya qalmaqalı ilə bağlı prokurorluqda ifadə veriblər. Prokurorluq hesab edir ki, T. S. Sil prezident üzərində təsirindən istifadə edərək böyük şirkətlərdən pul alıb və şəxsi məqsədləri üçün istifadə edib. Söhbət T. S. Silin yaratdığı iki qeyri-kommersiya fondu üçün 52 şirkətdən toplanmış 70 milyon dollar vəsaitdən gedir. Məlumatlar var ki, bu məqsədlə 7 iri şirkətin rəhbərinə məhz prezident şəxsən təzyiq göstərib.
Cənubi Koreya mətbuatı prezident P. K. Xenin 2018-ci ildə Pxyonçxanda keçiriləcək Qış Olimpiya Oyunları üzrə Təşkilat Komitəsinin sədri olan “Hanjin Group” şirkətinin rəhbərindən tikinti işlərini bir İsveç şirkətinə verməyi xahiş edib. Həmin şirkət də T. S. Sil ilə sıx əlaqəlidir. Ancaq “Hanjin Group” şirkətinin rəhbəri bu xahişi yerinə yetirmədiyi üçün P. K. Xen onun istefa verməsini tələb edib.
Qeyd edək ki, dünən Cənubi Koreyada prezident və rəfiqəsi ilə bağlı qalmaqalla əlaqədar yüz minlərlə insanın qatıldığı aksiya keçirilib.

Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |