Şrift:
Mərakeşli mühəndis ərəb dünyasına ilk dəfə elektriklə işləyən avtomobil təqdim edib
14.11.2016 [10:21] - Gündəm, Sosial
Mərakeşdə keçirilən iqlim dəyişmələri konfransı çərçivəsində, yerli mühəndis İmad Mürşid 100 faiz ekoloji təmiz, elektrik mühərriki ilə çalışan avtomobil təqdim edib. Mərakeşdə və ərəb dünyasında ilk dəfə hazırlanmış bu tip avtomobilin adı "Jadeite"dir.

Mühəndis yerli mətbuata məlumat verib ki, müəllifi olduğu avtomobil 650 at gücünə malikdir və saatda 320 kilometr sürətlə hərəkət edə bilər. Bunun müqabilində avtomobilin batareyalarını tam doldurmağa 3 saat kifayətdir.

Aygün Əliyeva
Bu xəbər oxucular tərəfindən 530 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed