13.03.2012 [12:19] - Türk dünyası-Turan
Türkiyədə “Ergenekon” işi üzrə həbs edilmiş general Vəli Kiçik və digərlərinin üzərində qurulmuş məhkəmə prosesində növbəti iclas keçirilib. Türk mediasının xəbərlərinə görə, prosesdə ona qarşı irəli sürülmüş çoxsaylı ağır ittihamlar üzrə növbəti ifadə verən general Vəli Kiçik bildirib ki, onların həbsi Türkiyə ordusunu bitirməyə hesablanmış planların bir hissəsi idi. General ifadəsində Azərbaycanda kifayət qədər tanınan və hörmət sahibi olan şəxs olduğunu, mərhum keçmiş prezident Əbülfəz Elçibəylə yaxın dostluğunu xatırladıb: “Jandarma qüvvələrindən istefaya çıxandan sonra Dünya Azəraycanlıları Konqresinə qatıldım, təşkilatın İdarə Heyətinin üzvü oldum. Rəhmətlik Elçibəy mənimlə söhbətində deyirdi ki, 30 milyon azərbaycanlının yaşadığı Güney Azərbaycanın müstəqilliyinə nail olmaq lazımdır. Mən isə deyirdim ki, bunun zamanı deyil. Amerika İranda müstəqil Azərbaycan dövləti qurmaq istəyirdi, məni də bu işə cəlb etməyə çalışdılar. Nail ola bilmədilər və həbs edildim. "Ergenekon" adında təşkilatın, JİTEM-in mövcud olduğu barədə deyilənlər quramadır, mənə qarşı irəli sürülmüş ittihamlar saxtadır".
Bu xəbər oxucular tərəfindən 1980 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |