Şrift:
Fars körfəzi ölkələrinin neft forumu 26-27 aprel tarixlərində Bəhreyndə keçiriləcək
14.11.2016 [10:49] - Gündəm, İqtisadiyyat
Fars Körfəzinin Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrinin sayca üçüncü neft forumu (FKƏDƏŞ, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Oman, BƏƏ, Küveyt) 26-27 aprel 2017-ci il tarixində Bəhreyndə keçiriləcək.
Bu barədə forumun hazırlanması və keçirilməsi üzrə təşkilat komitəsinin sədri Riyad İbrahim əs-Salehə istinadən "Al-Ayyam" nəşri məlumat yayıb.
Əs-Saleh bəyan edib ki, üçüncü forumun keçirilməsi əvvəlki tədbirlərdə qarşıya qoyulan məqsədləri güdür və Fars körfəzi ölkələri və onlarla neft və qaz hasilatı ilə məşğul olan digər maraqlı dövlətlər arasında neft sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə əsaslanır.Fars Körfəzinin Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrinin sayca üçüncü neft forumu (FKƏDƏŞ, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Oman, BƏƏ, Küveyt) 26-27 aprel 2017-ci il tarixində Bəhreyndə keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə forumun hazırlanması və keçirilməsi üzrə təşkilat komitəsinin sədri Riyad İbrahim əs-Salehə istinadən "Al-Ayyam" nəşri məlumat yayıb.
Əs-Saleh bəyan edib ki, üçüncü forumun keçirilməsi əvvəlki tədbirlərdə qarşıya qoyulan məqsədləri güdür və Fars körfəzi ölkələri və onlarla neft və qaz hasilatı ilə məşğul olan digər maraqlı dövlətlər arasında neft sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə əsaslanır.
Sədr əlavə edib ki, forumda, həmçinin regional və beynəlxalq mütəxəssislər və ekspertlərin 2030-cu ilədək olan uzunmüddətli perspektivdə FKƏDƏŞ ölkələrinin iqtisadi inkişafı və maliyyə əməkdaşlığı planları haqqında fikirləri nəzərdən keçiriləcək.
Sədr əlavə edib ki, forumda, həmçinin regional və beynəlxalq mütəxəssislər və ekspertlərin 2030-cu ilədək olan uzunmüddətli perspektivdə FKƏDƏŞ ölkələrinin iqtisadi inkişafı və maliyyə əməkdaşlığı planları haqqında fikirləri nəzərdən keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 536 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed