Şrift:
BMT: Hazırda dünyada 422 milyon insan diabetdən əziyyət çəkir
14.11.2016 [10:51] - Gündəm, Sağlıq
BMT baş katibi Pan Gi Mun Dünya diabet günü ilə əlaqədar müraciət yayıb.
BMT-nin Azərbaycan ofisindən verilən məlumata görə, baş katib bildirib ki, bu xəstəlik ömür müddətini qısaldır və onunla mübarizə aparılmadığı təqdirdə bir çox mənfi fəsadlara yol açır.
Onun sözlərinə görə, hazırda dünyada 422 milyon insan diabetdən əziyyət çəkir: "Bu beynəlxalq gündə hamınızı “Diabeti gözdən qoymayaq” mövzusuna uyğun hərəkət etməyə çağırıram. Gəlin onun profilaktikasına və səhiyyə xidmətlərinin gücləndirilməsinə daha çox diqqət yetirək ki, sağlamlığı alan bu xəstəlikdən əziyyət çəkən hər bir insan ehtiyac duyduğu dəstəyi ala bilsin".
Bu xəbər oxucular tərəfindən 670 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed