14.11.2016 [15:09] - Gündəm, İqtisadiyyat
Çinin nağd valyuta bazarında ABŞ dollarının orta məzənnəsi 6,845 CNY/USD-yə yüksələrək son 7 ilin maksimal həddinə çatıb. Bu, 2009-cu il martın 2-dən etibarən qeydə alınan ən yüksək göstəricidir.
Qeyd edək ki, 2008-ci ilin iyun ayından 2010-cu ilin iyununa qədər məzənnə 6,81-6,89 CNY/USD diapazonunda hərəkət edib. Analitik qrup hesab edir ki, dolların məzənnəsinin 6,90 CNY/USD-ni keçməsi dolların Çində 8,30 yuana qədər bahalaşmasına səbəb olacaq. Xatırladaq ki, CNY/USD məzənnəsi 2003-cü ildən başlayaraq 8,30-dan 2008-ci ildə 6,90-a qədər azalıb.
"Çində dolların möhkəmlənməsinə səbəb bu ölkənin iqtisadiyyatının artım tempinin getdikcə yavaşlaması, ABŞ-da uçot dərəcəsinin artması ehtimallarının güclənməsi, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Çinə qarşı əlavə gömrük idxal rüsumlarını tətbiq edəcəyini açıqlaması və s. amillər göstərilir. İlin sonuna qədər CNY/USD məzənnəsinin 7,00-a çatacağını, 2017-ci ildə isə 7,50-yə qədər arta biləcəyini ehtimal edirik", - deyə Agentliyin analitikləri əlavə ediblər.

Bu xəbər oxucular tərəfindən 496 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |