Şrift:
Azərbaycanda bəzi tarixi abidələrə turist axını məhdudlaşdırılacaq
14.11.2016 [15:14] - Gündəm, Mədəniyyət
Azərbaycanda mədəni, təbii irs siyahısına daxil olan tarixi abidələrə turist axının məhdudlaşdırıla biləcəyi hallar açıqlanıb.

Bu öz əksini yeni hazırlanmış “Turzim haqqında” qanun layihəsində tapıb.

Yeni qanun layihəsinə görə, xüsusi mühafizə olunan və qorunma rejimi tətbiq olunan tarixi-mədəni turizm obyektlərinə turistlərin axını məhdudlaşdırıla bilər.

Qanun layihəsinin 27-ci maddəsinin 1-ci bəndinə görə, YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasına uyğun olaraq mədəni və təbii irsin siyahısına daxil olan, habelə bu siyahıya daxil olmayan, lakin təkrarolunmaz turizm obyektləri üçün qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi mühafizə və qorunma rejimi qanunvericiliyə uyğun olaraq nəzarət orqanı tərəfindən müəyyən edilir.

Belə rejim həmin obyektə turistlərin axınının məhdudlaçdırılmasını nəzərdə tutur. Bu hal “İçərişəhər” Tarixi-Memarlıq Qoruğu və “QALA” Dövlət Tarix Etnoqrafiya Qoruğuna şamil olunnmur.
Ağa AKİFOĞLU
Bu xəbər oxucular tərəfindən 541 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed