13.03.2012 [14:43] - Gündəm, Hərb
Dağlıq Qarabağ müsəlman, türk torpağıdır və haqsız şəkildə işğal altında saxlanılır. İşğalın sona çatması, problemlərin həll olunması bizim əsas diləyimizdir. Bunu Bakıda jurnalistlərə Türkiyənin Baş nazirinin müavini Bəkir Bozdağ deyib.
Bozdağ vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycana hərtərəfli dəstək verir və dəstəyini davam etdirəcək.
Onun sözlərinə görə, Türkiyə-Ermənistan əlaqələrinin normalaşması Dağlıq Qarabağ münqişəsinin həllindən asılıdr. "Ermənistan Dağlıq Qarabağdan çəkilmədikcə, azərbaycanlıların hüquqları təmin olunmayınca, Türkiyə-Ermənistan münasibətləri normallaşmayacaq. Biz bu münaqişənin tez zamanda sülh yolu ilə həll olunmasını istəyirik və bu istiqamətdə səylərimizi davam etdirəcəyik", - o deyib.
Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sarkisyan dünən bəyanat verərək Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olaraq qalacağını və Ermənistan dövlətinin ona hərtərəfli dəstək verəcəyini bildirib.

Bu xəbər oxucular tərəfindən 1241 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |