Şrift:
İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
15.11.2016 [10:25] - Gündəm, Mədəniyyət
Noyabrın 14-də İstanbulda azərbaycanlı rəssam Əbülfəs Fərəcovun fərdi rəsm sərgisi açılıb.

Tədbirdə Azərbaycandan və Türkiyədən olan görkəmli ziyalılar, Baş konsulluğumuzun təmsilçiləri, rəssamın sənət dostları, QHT və KİV nümayəndələri iştirak ediblər.

Sərgidə rəssamın yağlı və akril boyalarla kətan üzərində çəkilmiş 23 əsəri nümayiş olunur.

Açılış mərasimində çıxış edən rəssam Ə.Fərəcov fiqurativ və soyut ekspressionizm janrlarında çəkdiyi əsərlərin məzmunu barədə iştirakçılara məlumat verib.

Türkiyənin “Zirrat” bankının sponsorluğu ilə bu bankın “Bəyoğlu-tunel” filialında keçirilən sərgi dekabrın 3-dək davam edəcək.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 480 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed