Şrift:
Bakıda ustad aşıq Hüseyn Saraçlının xatirə gecəsi təşkil olunacaq
15.11.2016 [10:28] - Gündəm, Bildiriş
Noyabrın 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ustad aşıq Hüseyn Saraçlının anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Gecə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Tədbirdə sənətkarın aşıq poeziyasındakı xidmətlərindən, həyat və yaradıcılığından danışılacaq, sənət fəaliyyəti ilə bağlı qonaqlara geniş məlumat veriləcək. Tədbir Azərbaycanın tanınmış aşıqlarının konsert proqramı ilə davam edəcək.

Qeyd edək ki, aşıq Hüseyn 1916-cı ildə Gürcüstanın Bolinisi rayonunun Saraçlı kəndində dünyaya gəlib. Yaradıcı aşıq kimi Türkiyədə, Qafqazda və Orta Asiyada tanınan sənətkar dillər əzbəri olmuş çoxlu şeirlərin, bir neçə dastanın, “Qürbəti-Kərəm”, “Bağdad dübeyti” kimi saz havalarının müəllifidir. O, neçə-neçə bədii və sənədli filmə çəkilib, o cümlədən televiziya verlişlərinin qonağı olub. Onun “Tütək səsi” filmində ifa etdiyi “Ruhani” saz havası möhtəşəm sənət nümunəsi kimi əbədi yaşam qazanıb.
Bu xəbər oxucular tərəfindən 509 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed