Şrift:
Laricani: "Əhmədinejad hakimiyyəti yeni hökumət başçısına təhvil verməyə hazırlaşır"
13.03.2012 [18:24] - Siyasət
İran İnsan Haqları Şurasının sədri Məhəmməd Cavad Laricani Euronews kanalına eksklüziv müsahibə verib. Ölkəsinin əsas siyasi simalarından olan Laricani, İran nüvə proqramı, neft embarqosu, ruhani tərəfdarlarının qalib gəldiyi parlament seçkisi və digər bu kimi məsələlərlə bağlı maraqlı fikirlərini bölüşüb.

Son seçkinin nəticələrini və bu fonda prezident Əhmədinejadın hazırkı durumu barədə verilən suala cavabında, Laricani Əhmədinejad hakimiyyətinin sona yaxınlaşdığını qeyd edib:

"Əhmədinejadın prezident kimi ikinci müddəti başa çatmaqdadır. O, hakimiyyəti yeni hökumət başçısına təhvil verməyə hazırlaşır. Burada qeyri-adi bir şey yoxdur. Belə ki, mövcud ölkə konstitusiyasına əsasən, o, üçüncü müddətə prezident seçilə bilməz. Ona görə də bütün diqqətləri qarşıda gələn seçkiyə yönəltməliyik. Namizədləri nəzərdən keçirib, layiqli birini seçməliyik. Bunun öhdəsindən gələcəyimizə inanıram”.

Qeyd edək ki, tam müsahibə martın 13-də "Euronews" kanalında nümayiş olunacaq.
Bu xəbər oxucular tərəfindən 1168 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed