Şrift:
Azərbaycanda gömrük orqanlarının büdcə ödənişləri 46% artıb
15.11.2016 [15:16] - Gündəm, İqtisadiyyat
Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 837,144 mln. manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46% çoxdur.
10 aylıq büdcə daxilolmalarında oktyabr ayının payı 183,135 mln. manat təşkil edib. Bu isə ötən ilin oktyabr ayına nisbətən 36,4% çoxdur.
Aylıq daxilolmaların 57,109 mln. manatı gömrük rüsumları (68,6% artım), 117,649 mln. manatı əlavə dəyər vergisi (27,4% artım), 5,885 mln. manatı aksiz vergisi (5,5% azalma), 2,492 mln. manatı isə yol vergisinin (34,6% artım) payına düşüb.
Bu xəbər oxucular tərəfindən 615 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed