Şrift:
İzmirdə FETÖ terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 29 universitet əməkdaşı saxlanılıb 15 Noyabr, 2016 14:1
15.11.2016 [15:20] - Gündəm, Hüquq
Türkiyə polisi FETÖ terror qruplaşmasının tərəfdarlarının fəaliyyətinin istintaqı çərçivəsində növbəti əməliyyat keçirib.
Hüquq-mühafizə orqanları İzmir şəhərində Katip Çələbi universitetinin 29 əməkdaşını saxlayıb.
Ümimilikdə prokurorluq həbs üçün 35 məhkəmə ərizəsi alıb. Əməliyyat eyni zamanda İzmir, Kocaeli və Manisada keçirilib. Məlumata görə, şübhəli şəxslər arasında 15 iyul dövlət çevirilişinə cəhd zamanı Ankarada kəşfiyyat və xüsusi təyinatlı polis qüvvələrinin binasına zərbələr endirən hərbi pilotin həyat yoldaşı da var.
Türkiyənin NTV telekanalının məlumatına görə, şübhəlilərin bəzilərinin telefonunda çevrilişə cəhd zamanı üsyançıların bir-biri ilə ünsiyyət qurmaq üçün istifadə etdiyi "Bylock" proqramı aşkar edilib.
Hazırda saxlanılan şəxslərin mənzillərində axtarış keçirilir, Fətullah Gülən haqqında kitabların tapıldığı xəbər verilir. Bundan əlavə, istintaqa İqtisadi Cinayətlərlə Mübarizə İdarəsi də cəlb edilib. Belə ki, saxlanılanların bəziləri Fətullah Gülənlə bağlı olan, hökumətin qərarı ilə bağlanılan "Bank Asya" vasitəsilə pul köçürməsi reallaşdırıb.
Bu xəbər oxucular tərəfindən 600 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed