Şrift:
ABŞ-dan Türkiyəyə xəbərdarlıq
11.10.2011 [12:27] - Güney Azərbaycan xəbərləri
Gizli görüşün təfərrüatı

ABŞ-ın “The wall street journal” mətbuu orqanı oktyabrın 8-də Hillari Klintonun Türkiyə nümayəndələriylə keçirdiyi görüşün təfərrüatları barədə iddialar irəli sürüb.
Jurnal iddia edib ki, ABŞ-ın dövlət katibi görüşdə Cənubi Kipr-Türkiyə böhranına da toxunub. O, Türkiyə dövlətini bu məsələdə Cənubi Kiprin ərazi bütövlüyünə hörmət etməyə çağırıb. Xanım Klinton Cənubi Kiprdə neft-qaz yataqları axtarışı aparan şirkətinin amerikan şirkəti olduğunu xatırladıb və xəbərdarlıq edib ki, Türkiyə hər hansı hərbi müdaxilə etsə, bu hökmən ABŞ-Türkiyə münasibətlərinə mənfi təsir göstərəcək.
Qeyd edək ki, görüş bağlı qapı arxasında keçirilmişdi.

Şahlar RUHİ
Bu xəbər oxucular tərəfindən 1218 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed