Şrift:
Erməniləri ifşa edən gürcü alimi cəzalandırıldı
14.03.2012 [01:54] - Siyasət
Ötən ay Tiflisdə Beynəlxalq Qafqazşünaslıq Tədqiqat Mərkəzi tərəfindən “Qafqazda separatizm və konfliktlər” mövzusunda konfrans keçirilib.
Konfransda Cənubi Qafqazdakı konfliktlər haqqında müzakirələr aparılıb, xüsusilə erməni separatizmi ilə bağlı əsaslı faktlar səsləndirilib. Tədbirdə ermənilərin Qarabağı işğal etməsi və Xocalıda dinc insanlara qanlı divan tutulması ilə bağlı film nümayiş etdirilib.
Konfransın təşkilatçısı olan mərkəzin prezidenti, prof. Quram Marxuli ermənilərin həm Gürcüstanda, həm də Azərbaycanda həyata keçirdikləri separatçı əməllərilə bağlı məruzə edib. Həmçinin ermənilər tərəfindən Xocalı faciəsinin törədilməsinin bəşəriyyətə qarşı yönəlmiş hadisə olduğunu diqqətə çatdırıb.
Bütün bunlar Gürcüstandakı erməni lobbisinin hiddətinə səbəb olub.
Bu günlərdə prof. Q. Marxuli Suxumi Universitetində tutduğu vəzifədən azad edilib və ona qarşı təziqlər davam edir. Məlimatlara görə professora qarşı təziqlərin başında Gürcüstan prezidentinin müşaviri erməni əsilli Van Bayburt dayanır. Ona qarşı ədalətsiz mövqe göstərilməsi Gürcüstan hakimiyyəti içərisində erməni separatizminə meylli şəxslərin olmasının bariz nümunəsidir
Bu hadisədən dərhal sonra AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov başda olmaqla bir qrup Azərbaycan alimi Q.Marxulinin müdafiəsinə qalxıblar.
Onu da xatırladaq ki, prof. Q.Marxuli Azərbaycan Respublikasının prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
Bu xəbər oxucular tərəfindən 1522 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed