16.11.2016 [11:06] - Gündəm, Mədəniyyət, Bildiriş
Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair, publisist, ssenari müəllifi, kino redaktoru Azərbaycanın Əməkdar mədəniyyət işçisi və Azərbaycan Dövlət mükafatı laureatı Fikrət Sadıq 86 yaşında vəfat edib.
Bununla bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev başsağlığı verib. Başsağlığında deyilir:
"Fikrət Sadıq Azərbaycan ədəbiyyatına və mədəniyyətinə böyük töhvələr vermiş bir şəxsiyyətdir. O, öz geniş yaradıcılığı ilə yanaşı, Azərbaycan şifahi xalq ədəbiyyatından başlamış bir çox ədəbi sərvətimizin qorunması, təbliği və gələcək nəsillərə düzgün çatdırılmasında xüsusi xidmətləri olmuş bir elm xadimidir. Fikrət Sadığın dünyasını dəyişməsi Azərbaycan xalqı üçün, eləcə də ədəbiyyat, mədəniyyət və elmimiz üçün böyük itkidir. Onun vəfatı hər birimizi dərindən sarsıtdı. Allahdan dəyərli ziyalımız Fikrət Sadığa rəhmət diləyir, yeri Cənnət, ruhu şad olsun deyirik!
Dərin hüzünlə Fərəc Quliyev
Millət vəkili,
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri"

Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |