16.11.2016 [15:10] - Gündəm, İqtisadiyyat
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin “Elektron hökumət” portalında mövcud olan 5 elektron xidməti yenilənib.
Yenilənən xidmətlərə “Əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”, “İnteqral sxem topologiyalarının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”, “Müəlliflik hüququ ilə qorunan məlumat toplularının qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu”, “Müəlliflik hüququ obyektinin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” və “Xüsusi qorunma hüququ ilə qorunan məlumat toplularının qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” daxildir.
Adıçəkilən xidmətlər istifadəçi rahatlığı təmin edilməklə, daha da optimallaşdırılıb, istifadəçilərə elektron xidmətin göstərilməsinin gedişatı barədə elektron məlumat almaq imkanı yaradılıb.
Qurumun təqdim etdiyi xidmətlər qeydiyyatlı olduğundan xidmətdən istifadə etmək üçün “Elektron hökumət” portalında qeydiyyatdan keçmək vacib şərtdir.
Həmin qurumun elektron xidmətlərində müəlliflik hüququ obyektlərinin qeydiyyatı qaydaları, təlimatı, ərizə blanklarının elektron forması yerləşdirilib. Həmçinin şəxslərin elektron xidmətlər bölməsindən maneəsiz, sərbəst istifadəsi, eləcə də elektron müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılması təmin edilib.

Bu xəbər oxucular tərəfindən 490 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |