Şrift:
Azərbaycanla Küveyt hava əlaqəsi haqqında hökumətlərarası saziş imzalayıb
16.11.2016 [15:23] - Gündəm, İqtisadiyyat
Bu gün Azərbaycan və Küveyt arasında hava əlaqəsi haqqında hökumətlərarası saziş imzalanıb.

"Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) verilən məlumata görə, qeyd olunan sazişin imzalanması nəticəsində ölkələr arasında hava əlaqəsinin açılması üçün maneələr aradan qaldırılıb ki, bu da Azərbaycan və Küveyt arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etməsinə təkan verəcək.

Xüsusilə, AZAL və yükdaşıma sahəsində fəaliyyət göstərən milli şirkətlər Küveytin şəhərlərinə birbaşa reyslərin açılması imkanlarını araşdırırlar. Eyni zamanda, Küveytin "Əl-Cəzirə" aviaşirkəti ölkəmizə birbaşa reyslər açmaq niyyətindədir.
Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed