Şrift:
Yanvar-oktyabr aylarında istehlakçılara 23,9 milyard manatlıq məhsul satılıb
17.11.2016 [10:18] - Gündəm, İqtisadiyyat
Yanvar-oktyabr aylarında istehlakçılara 23,9 milyard manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox məhsul satılıb.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3,0 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 0,8 faiz artıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Bu xəbər oxucular tərəfindən 514 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed