Şrift:
Bəxtiyar Vahabzadənin Şəkidəki Ev-muzeyinin statusu müəyyənləşib
17.11.2016 [10:20] - Gündəm, Mədəniyyət
Nazirlər Kabineti “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Qərara əsasən Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin Şəki şəhərindəki Ev-muzeyinin statusu müəyyənləşdirilib.

Qərara əsasən, Bəxtiyar Vahabzadənin Ev-Muzeyi Mədəniyyət və Turizm
Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Muzey büdcədən maliyyələşdirilən qurumlar bölməsinə daxil edilib.


Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 27-də Bəxtiyar Vahabzadənin Şəki şəhərində ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında sərəncam imzalayıb.
Bu xəbər oxucular tərəfindən 479 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed