17.11.2016 [10:23] - Gündəm, Sağlıq
Azərbaycanda nikahdan əvvəl həyata keçirilən tibbi müayinələrin sayı artırıla bilər.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev bildirib ki, irsi, infeksion xəstəliklərin bir şəxsdən digərinə və ya valideyndən övlada ötürülməsinin qarşısını almaq üçün nikahdan öncə tibb müayinələrin keçirilməsi çox mühüm bir addım idi.
M.Quliyev bildirib ki, müayinə olunan xəstəliklərin sayının artırılması məsələsi də gündəmdədir: “Ancaq ən aktual xəstəliklər önə çəkilməklə 5-ə qədər xəstəliyin müayinəsi qərara alındı. Müayinələr çox olanda həm insanların vaxtı çox gedir, həm çox xərc tələb olunur. Müayinələrin çoxluğu ilk əvvəl insanları qorxuya da sala bilərdi. Amma tədricən siyahını artırmaq olar. İlk növbədə C qrup hepatitlərini və daha çox sosial xarakter daşıyan genetik xəstəlikləri üzə çıxarıb bu siyahıya daxil etmək olar. Ancaq mən düşünürəm ki, bunun əvəzinə daha çox maarifləndirmə işləri aparılmalıdır və aparılır da. Uşaqlar ilk doğulan dövrdə onların müayinələri aparılır, artıq elektron səhiyyə yaranıb, hər bir uşağın çip kartında xəstəliklərinin olub olmadığı əks olunur. Bu imkan verəcək ki, nikahdan öncəyə qədər kimin hansı xəstəlik daşıyıcısı olub-olmaması aşkarlansın. Hesab edirəm ki, tibbi müayinələrin tətbiqinin iki ilinin tamamında bu işin monitorinqi aparılar və ən çox aktuallıq tələb edən daha bir neçə xəstəliyi bu siyahıya əlavə etmək olar. Ancaq siyahının həddən artıq genişləndirilməsi praktiki cəhətdən mümkün deyil və özünü doğrultmayacaq”.
M.Quliyev bildirib ki, ötən dövr ərzində 210 minə yaxın nikaha girmək istəyən şəxs müayinədən keçib və müayinələrin nəticəsində təxminən 6700-ə yaxın insanın talasemiya daşıyıcısı və yaxud da xəstəsi olduğu aşkara çıxarılıb, 150-ə yaxın insanda HİV virusu tapılıb: "Bu çox böyük addımdır. Biz qanunu qəbul edən zaman bir qrup insanlar deyirdilər ki, cəmiyyət buna hazır deyil, bu müayinələrə getməyəcəklər, qeyri-rəsmi nikahların sayı artacaq. Son 1 ilin müşahidələri göstərir ki, bu heç də belə deyil, insanlar bunu başa düşürlər və çox həvəslə də bu müayinələrdən keçirlər. Müayinələrin büdcə hesabına həyata keçirilməsi də dövlətin bu işə çox böyük dəstəyidir”.

Bu xəbər oxucular tərəfindən 680 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |